X

Peşəkar Treyderlərin ticarət etdiyi 5 maliyyə aləti

Peşəkar Treyderlərin ticarət etdiyi 5 maliyyə aləti

Kifayət qədər kapital topladıqdan sonra investisiya metodunuzu müəyyən etmək və strategiyanızı seçmək qalır. Çətinlik çəkməmək üçün Sizə peşəkar Treyderlərin əvəzolunmaz 5 maliyyə alətini təklif edirik: Qızıl, Səhmlər, FOREX, Repo və Daşınmaz əmlak.

Qızıla Yatırım

Bəşəriyyət, tarix boyu ən məşhur və ən təsirli investisiya üsullarından biri qızıla yatırımdır. Bu özəlliyini uzun illərdir qoruyan qızıl, gündəlik həyatımızda ən çox ticarət olunan və bir çox ticarət sahələrində yatırım vasitəsi kimi istifadə olunmaqdadır. Peşəkar treyderlərin qızıla verdiyi önəm, onun yalnız kəmiyyət qiymətləri ilə əlaqəli deyildir. Onlar çox gözəl bilirlər ki, qızılın qiyməti nə qədər aşağı düşsə də, mütləq yüksələcək.

Səhmlərə Yatırım

Risk səviyyəsi yüksək hesab olunan və bazar iştirakçılarının daha çox üstünlük verdiyi maliyyə alətlərindən biri də səhmlərdir. Bu maliyyə aləti ilə ticarət edən bazar iştirakçıları yaxşı bilirlər ki, bu sahə ilə məşğul olmaq üçün qulaq vasitəsilə eşidilən məlumatlar əsasında hərəkət etmək heç də yaxşı nəticəyə gətirib çıxartmayacaq. Odur ki, işinizi bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərlə qurmağınız lazımdır. Əgər hər hansı bir mütəxəssislər çalışmaq istəmirsinizsə, o zaman birja indekslərinin qiymətlərinin aşağı olduğu zamanları fürsət olaraq dəyərləndirin.

FOREX bazarına Yatırım

Dünya ölkələrinin valyutaları ilə ticarət imkan təqdim edən FOREX bazarının bir çox üstünlükləri mövcuddur. 5 gün 24 saat sərbəst ticarət etmək üstünlüyü olan FOREX bazarında məkan anlayışı olmadığından, dünyanın istənilən yerindən bu bazara qoşulmaq mümkündür. Bu bazarda ticarət əməliyyatları MT4 Ticarət terminalı vasitəsilə həyata keçirilir. FOREX maliyyə bazarında dünyada baş verən iqtisadi, siyasi hadisələrin həmin ölkələrin valyutalarına necə təsir edəcəyini analiz etməklə, valyuta cütlüklərinin qiymət fərqindən gəlir əldə etmək mümkündür. Bu bir növ valyuta mübadiləsi məntəqəsinə bənzəyir. Siz müvafiq valyutanın qiyməti bahalaşdıqda onu satır, ucuzlaşdıqda isə alırsınız.

REPO ilə Yatırım

Satıcısı tərəfindən qiymətli kağızların müştərilərə satışı (REPO-nun açılması) və eyni zamanda müştərilər tərəfindən həmin qiymətli kağızları emitentə satmaq, emitentin isə onları müştərilərdən geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatıdır. Xəzinə notları, dövlət istiqrazları, bank zəmanət notları, bank notları kimi qiymətli kağızlar Repo əməliyyatları arasında yer ala bilər.

Daşınmaz Əmlak ilə Yatırım

Son illərin ən çox üstünlük verilən və ən çox yatırım edilən investisiya vasitələrindən biri də daşınmaz əmlaka yatırımdır. Xüsusilə son vaxtlar yüksəlişə keçmiş yerlərdən daşınmaz əmlak alanlar, investisiyalarına ciddi nisbətdə dəyər verə biliblər. Təbii ki, bu sahəyə hər bir yatırım edən insanın eyni dərəcədə gəlir əldə etməsi mümkün olmur. Çünki yüksələn əmlak qiymətləri, bir neçə il içərisində yüksəldiyi kimi enə də bilər. Bu sahədə daima gəlir əldə etmək üçün regiona qoyulan investisiyalara və daşınmaz əmlak bazarının trendini izləmək lazımdır.

Categories: Məqalələr
InvestAZ:
Related Post