X

Qısamüddətli yatırımlarda diqqət edilməsi lazım olan 10 məqam

Qısamüddətli yatırımlarda diqqət edilməsi lazım olan 10 məqam

Qısamüddətli yatırımlar ümumi olaraq qısa müddətdə kiçik yatırım məbləği ilə daha çox gəlir əldə etmək istəyən bazar iştirakçıların seçimidir. Bunun FOREX maliyyə bazarında real olması isə bir çox bazar iştirakçılarının iştahasını artırır. Ancaq diqqət edilməsi lazım olan nöqtələr gözdən qaçırılan zaman, bir çox bazar iştirakçıları zərərlə üzləşirlər.

  1. Oyun olaraq yanaşmayın.

FOREX-in əsla bir oyun olduğunu düşünməyin. Bu işə oyun olaraq yanaşdığınız zaman zərər edə bilərsiniz. FOREX bir ticarətdir və ticarət etməyin nə qədər çətin olduğunu düşünərək hər zaman diqqətli addımlar atmağa çalışın.

  1. Nə qədər vəsaitinizlə risk edə bilərsiniz?

FOREX maliyyə bazarında ticarətə başlayarkən zərər edə biləcəyinizi göz önünə alın. Borc, kredit və geri qaytaracağınız vəsaitlərlə ticarət etməyin. İlk ticarət əməliyyatları icra edərkən kiçik təminatlardan başlayın və təcrübənizi artırana qədər böyük həcmli əməliyyatlardan həyata keçirməkdən uzaq durun.

  1. Tələsik hərəkət etməyin.

FOREX bazarında bilik və təcrübəyə sahib olmadan əsla böyük addımlar atmayın. FOREX tədris kurslarına yazılın və təlim hesabında ticarət edərək təcrübənizi artırın. Maliyyə bazarını yaxşı incələdikdən sonra əməliyyatlara başlamağınız tövsiyyə olunur.

  1. Sınaqdan keçirin.

Başlanğıc üçün bir təlim hesabı açın və bu hesabı real ticarət hesabınız olduğunu düşünərək ticarət edin. Ticarət əməliyyatları icra edərkən qərarlarınızı doğru verməyə çalışın.

  1. Doğru broker şirkəti ilə əməkdaşlıq edin.

Fəaliyyət göstərmək üçün hər hansı bir lisenziyası olmayan və özünü broker şirkəti kimi təqdim edərəkə bir çox insanları aldatmış şirkətlərdən uzaq durun. Fəaliyyəti Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənən və həmin qurumun verdiyi lisenziyalara malik olan broker şirkətlərinə üstünlük verməyiniz tövsiyyə olunur.

  1. Çeşidləndirin.

FOREX maliyyə bazarında müxtəlif maliyyə alətləri mövcuddur. Bu bazarda valyutalar, əmtəələr, dünyaca məhşur şirkətlərin səhmləri və birja indeksləri ilə ticarət olunur. Bu maliyyə alətlərini incələyib vəsaitlərinizi həmin maliyyə alətləri üzrə ceşidləndirin.

  1. Təqib edin.

Maliyyə bazarında baş verən hadisələri izləyin. Bu bazarda qiymətlər tələb və təklif əsasında formalaşır. Qiymətlərdəki dalğalanmaları öncədən görə bilməyiniz üçün tələb və təklifə təsir edən faktorları (iqtisadi, siyasi, təbii proseslər, müharibələr, böhranlar və açıqlanacaq iqtisadi xəbərləri ) incələməyiniz lazımdır.

  1. Analiz Edin.

Bir çox texniki analizlər aparmağınız lazımdır. Qiymət qrafiklərini oxumağınızı təmin edən texniki analizləri yaxşı bir şəkildə incələməli və doğru siqnalları müəyyən etməlisiniz. Maliyyə alətlərinin qrafiklərində əmələ gələ biləcək qiymət dəyişikliklərini, dəstək və müqavimət nöqtələrini müəyyən edə bilməyiniz üçün analiz etmə qabiliyyətinizi inkişaf etdirməlisiniz.

  1. Özünüzü Psixoloji olaraq hazırlayın.

FOREX maliyyə bazarında ticarət etməyə psixoloji cəhətdən də hazır olmalısınız. Çünki bazar iştirakçısının ticarət əməliyyatları həyata keçirərkən buna psixoloji cəhətdən hazır olması önəmlidir. Ona görə də fərdi strategiyanıza əsasən planlı və nizamlı şəkildə ticarət qərarları verərkən özünüzü təkminli və sakit aparın. Stress altında qərarlar verməyiniz zərər etməyinizə səbəb ola bilər.

  1. Kredit çiyni dəstəyindən doğru istifadə edin.

Gəlir nisbətinizi 100 dəfəyə qədər artıran kredit çiynindən düzgün istifadə etmək üçün gəlir gözləntilərinizə diqqət etməli və həddindən artıq gəlir gözləməsinə girmədən məntiqli nisbətlərdə əməliyyat etməlisiniz. Unutmayın ki, gəliriniz 100 dəfəyə qədər  artacağı kimi risklərinizin də 100 dəfə artır.

Categories: Yatırım
InvestAZ:
Related Post