X

Qiymət qrafiklərində bunlara diqqət edin

Qiymət qrafiklərində bunlara diqqət edin

Təkcə FOREX üçün deyil, bütün bazar analizlərində qiymətlərin gələcək istiqamətini təxmin edə bilmək üçün texniki analiz üsulundan istifadə olunur. Bu analiz üsulu bazar iştirakçılarının ən çox etibar və istifadə etdiyi analiz üsuludur. Tekniki analiz, qiymətlərin tamamilə bir biri ilə bağlantılı olaraq hərəkət istiqamətlərinin təxmin etməklə investorlara göstərə bilməkdir. İnkişaf və dəyişikliklər bu qiymət qrafiklərində investorlar ilə paylaşılır.

Bazarı əks etdirən qiymət qrafiki

Bazarı əks etdirən qiymət qrafikləri, qətiliklə demək olar ki, əyləncə üçün qarşısında oturub seyr etmək üçün bir ekran deyil. İnvestisiya sahəsində analiz edə bilmək çox böyük əhəmiyyət kəsb edir. Analiz edə bilmək üçün bir növ şəkil görünüşündə olan qrafiklər, həyəcanlı bir film dadında, ekran əsərinə çevrildiyi zaman, sərmayələr səhv istiqamətlənməyə başlayacaqdır. Hər hansı bir vasitə istifadə etmədən, yalnız qiymət qrafiklərinə uzaqdan baxıb investisiya yatırmaq, nəhayətində ən zərərli nəticələrin belə alına biləcəyi ehtimalı, bir psixoloji müharibəyə çevriləcəkdir.

Qiymət qrafiklərində olan dalğalanmalar

Forex bazarı ilə yeni tanış olmuş bir investor, qiymət qrafiklərini, bir televiziya ekranı şəklində izləməkdədir. Kiçik hərəkətlər, müəyyən edilən mövqeyə yüksək təsir edərək, ümumiyyətlə investorlarda bir həyəcan əmələ gətirir və qısa zaman içərisində gəlir əldə etmənin reallığı da, bu zaman ortaya çıxır. Bu səbəblərə görə, bazar üzərində yaranan dalğalanmalar, qiymət qrafiki üzərindən sadəcə izlənildiyi zaman hər eniş və çıxış vəziyyətləri fürsət kimi görünməyə başlayır. Bu proseslərdən sonra artan nisbətdəki sonsuz dövr, qısa bir müddət içərisində əldə olunan mövcud sərmayə üzərində mənfi təsirlər meydana gətirə bilir.

Cütlük qiymət qrafikləri

Günümüzdə ani olaraq təyin oluna bilən və investorların maliyyə bazarlarında bu dəyişikliklər vasitəsi ilə xeyir əldə etməsinə yarayan qrafiklər, Cütlük qiymət qrafikləridir. Cütlük qiymət qrafikləri ilə, qiymət dəyişiklərini ani olaraq izləmək mümkündür.

Cütlük qiymət qrafikləri ilə həmin cütləri doğru zamanda təqib edə bilən investorlar, bu sahədə keçmiş qiymət məlumatlarını da istifadə edərək texniki analiz əməliyyatlarını tətbiq edirlər. Maliyyə bazarları sahəsində əsas olaraq şəkillərə görə üç tip cütlük qrafiki istifadə olunur.Bu qrafiklər- xətt qrafiki,yapon şamı və bar qrafikidir. Xətt qrafiklər əsasən, aktivlərin uzun müddətli olaraq dəyişilən qiymət hərəkətlərini izləmək üçün istifadə olunur. Bar qrafiki isə qiymət dəyişiklərinin və detallı məlumatların investorlara daha ətraflı şəkildə göstərdiyi qrafiklərdi. Şam qrafikləri (Yapon şamı), investorların ən çox istifadə etdiyi qrafikdir. Şam qrafiklərində, məhsulun aldığı ən aşağı və ən yüksək dəyəri asanlıqla aydın olur

Categories: Məqalələr
InvestAZ:
Related Post