X

Real ticarət hesabı açmazdan əvvəl bunları bilməlisiniz

Real ticarət hesabı açmazdan əvvəl bunları bilməlisiniz

FOREX bazarı, Sizə günümüzün ən sürətli və ən gəlirli investisiya yollarını təqdim edə bilər. Lakin məntiqli bir bazar iştirakçısı bu fikrin sehrinə qapılmaq əvəzinə, daha ağıllı addımlar atmağı hədəf alır. Hər mərhələsində inkişaf edəcəyiniz bu investisiya səyahətinə çıxmamışdan əvvəl hər şeyi yenidən nəzərdən keçirməyiniz və daha sonra real ticarət hesabı açmağınız tövsiyyə olunur.

Təlim hesabında təcrübə toplayın

Təlim hesabı, tədris və təcrübə baxımından hər bir bazar iştirakçısı üçün faydalıdır. Bu bazarda ilk addımlarınızı atdığınız gündən etibarən təlim hesabına sahib olmağınız və öyrəndiklərinizi bu hesabda sınaqdan keçirməyiniz, təcrübə toplama prosesinizi sürətləndirəcəkdir. Təlim hesabı Sizə virtual pul ilə risksiz ticarət edərək real birja təcrübəsi əldə etməyinizə yardımçı olacaq.

Ticarət terminalını incələyin

Real ticarət hesabı açmazdan əvvəl ticarət terminalını incələməyiniz lazımdır. Hətta vəsaitlərinizi aktivlərin idarə edilməsi üzrə mütəxəssisə etibar etmisinizsə belə, ticarət terminalını özünüzdə incələməlisiniz.

Təlim hesabından Real ticarət hesabına keçərkən

Real ticarət hesablarında “spred”-lərin daha yüksək olduğunun şahidi olacaqsınız. Buna bağlı olaraq da pip dəyəri də dəyişəcəkdir. Real ticarət hesablarında bəzi texniki və qoşulma problemləri ilə bağlı 1-2 pip sürüşmələr də baş verə bilər. Bunun səbəbi isə təlim və real hesab təqdim edən broker şirkətinin fərqli sistemlərdən istifadə etməsi ola bilər. Sürüşməyə digər səbəb isə sistem bağlantısında yarana biləcək problemlər ola bilər.

Hər zaman diqqətli olun

Əgər kredit çiyni dəstəyi ilə dinamik bazarda ticarət etməyə qərar vermisnizsə, təlim hesabında belə ticarət edərkən, atdığınız hər addımda diqqətli olun. Təlim hesabınızda əks olunan balansınıza sanki uzun illər qazanmış kimi pullar kimi yanaşın. Əks təqdirdə real ticarət hesabında əməliyyata başladıqda, böyük itkilərlə üzləşə bilərsiniz.

Zərər edə biləcəyinizi unutmayın.

Təlim hesabında olsa belə, zərər edə biləcəyinizi unutmayın. Real ticarət hesabı ilə əməliyyat həyata keçirmədən öncə təcrübə topladığınız təlim hesabı Sizə, birjanın hər üzünə hazırlayacaq. Zərər etdiyiniz zaman psixoloji olaraq özünüzü ələ alaraq, yol verdiyiniz səhvləri araşdıra bilsəniz, qorxu və həyəcan hissinizə nəzarət edə bilsəniz, real ticarət hesabında zərər etdiyiniz zaman sıxıntı yaşamayacaqsınız.

Categories: Məqalələr
InvestAZ:
Related Post