Skip to content Skip to footer

Səhmlər

Səhmlər haqqında ətraflı məlumat üçün buradan oxuya bilərsiniz

hisse senetleri
Xarici şirkətlərin səhmləri ilə ticarət
İnternet və texnologiya dövrünə keçidlə təkcə dünyanın digər nöqtəsində yaşayan dostlarımız və sevdiklərimiz ilə ünsiyyətimiz deyil, dünya birjaları və maliyyə alətlərinə çıxışımız da asanlaşdı. Dow Jones, DAX, NASDAQ və digər məşhur birja indeksləri inkişaf edən texnologiya sayəsində öz əlçatmaz mövqeyini itirdi. Keçmişdə kiçik və orta səviyyəli investor üçün xarici şirkətlərin qiyməli kağızlarına investisiya etmək imkansız və əziyyətli görünsə də, günümüzdə artıq hər kəs bu imkanlardan faydalana bilir. Ölkəmizdə bank və broker şirkətlərinin inkişaf etməsi və müştərilərin dəyişən tələblərinə cavab verməsi nəticəsində artıq hər kəs istədiyi xarici qiymətli kağızı asanlıqla əldə edə bilər.