X

Stresslə mübarizə aparmağın yolları

İstər işdə, istər şəxsi həyatımızda hər birimizin stress altında qaldığımız vaxtları olub. Hər kəsin həssas nöqtələri və stresə dayanaqlığı fərqlidir. Bu səbəbdən bir çoxlarımız bu halların öhdəsindən asanlıqla gəldiyi halda, digərləri bu halların təsirindən uzun müddət qurtula bilmirlər. Bəs FOREX maliyyə bazarında ticarət etdiyimiz zaman bu kimi halların qarşısını necə almalıyıq?

FOREX niyə stress yaradır?

Kredit çiyni dəstəyi ilə ticarət əməliyyatları icra etməəyin yüksək risk qrupuna aid olduğunu bilirsiniz. Bunun digər bir səbəbi isə sözügedən maliyyə alətinin yüksək gəlir gətirmək imkanın sahib olmasıdır. Bu yüksək gəlir səbəbi ilə də risk səviyyəsi yüksəlir. Təbii ki, stressin yaranma səbəblərini araşdıranda görürük ki, bunun arxasında daha çox risk edib daha yüksək gəlir əldə etmək dayanır.

Əgər özünüzü stresə meylli insan hesab edirsinizsə, diqqətli olun. Əgər daha çox risk edərək təsir altına düşür və çarəsizlikdən səbrsizlənib və tələskənlik edirsinizsə, bunun əks təsirləri ola bilər.

Vaxtınızın çox hissəsini ticarət edərək keçirirsinizsə, yaxınlarınıza vaxt ayırmırsınızsa, bu zaman həm sağlamlığınız əldən gedə bilər, həm də ətrafınızdakı insanlar Sizi tərk edincə depresiyaya düşə bilərsiniz.

Nə etməli?

FOREX maliyyə bazarında ticarətin necə stres yaratdığını bilib, bunun qarşısını almağınız atacağınız ən böyük addımdır. Əvvəlcə risk səviyyənizə nəzarət edin və daha çox zərər etməmək üçün riskli yatırımlardan uzaq durun.

Özünüzü müşahidə edin.

FOREX bazarlarında əməliyyat icra edərkən rahatlığınızı qorumağa çalışın və gələcəyinizə təsir edə biləcək proseslərdən uzaq durun. Bu tip bir investisiya həddinə gəldikdə daha çox stress altında olduğunuzu dərhal hiss edəcəksiniz. Daha çox zərər etmək isə qəzəbin artmasına və özünə qarşı inamsızlığın azalmasına səbəb olur. Bu cür vəziyyətlərdə qətiyyən əməliyyat icra etməyin və özünüzü normal hissə edənə qədər kompüterə yaxınlaşmayın.

Etibarınızı yeniləyin.

Uzun müddətdir bazarda ticarət etmirsinizsə və özünüzə inamınız tam deyilsə, digər şəxs əvəzinə əməliyyat etməkdən çəkinin. Bu əvvəllər yaşadığınız stresin üzərinə daha çox stres gətirə bilər. Əgər yeni başlayan bazar iştirakçısısınızsa, qısa müddətli əməliyyatlar icra etməyə üstünlük verməyin.  Bu cür əməliyyatlarda qısa müddət ərzində qərar verməyi tələb edir və əlavə stres yarada bilər.

Terminala inteqrasiyalı şəkildə hərəkət edin.

MetaTrader 4 kimi FOREX ticarət terminallarında stresinizi və narahatçılığınızı azaltmağa yardımçı olacaq funksiyalar yaradılmışdır. Ticarət terminalında hər bir ticarət alətini diqqətlə incələyərək, strategiyanıza ən uyğun gələnini seçin. Bununla da yarana biləcək böyük itgilərin qarşısını almış olacaqsınız. Unutmayın, bazarda yaranan hər fürsətin arxasından qaçmayıb, sadəcə bazardakı dinamikliyi izləmək də Sizə bir çox şeyləri öyrədə bilər.

Categories: Məqalələr
InvestAZ:
Related Post