Skip to content Skip to footer
Spot bazar əməliyyatları
Bazarlar, alıcı və satıcıların alış-veriş üçün bir araya gəlməsini təmin edən bir mühit olaraq səciyyələndirilir. Spot bazar isə məhsulun son qiymətə ani olaraq alınması və satılmasıdır. Spot bazar pul, qızıl və əmtəə məhsulu kimi investisiya alətlərinin anında çatdırılması prinsipi ilə fəaliyyət göstərən və məhsulun bazar qiymətləri ilə satılan bazardır. Spot bazarlarda aparılan əməliyyatlara spot əməliyyatlar…
Yatırım edə biləcəyiniz 4 növ investisiya aləti
4 növ investisiya aləti arasındakı fərqi nəzərinizə çatdırmaq istərdik. 1 - Aktivlərin idarə olunması Aktivlərin idarə olunması xidməti, pulunuzun peşəkar fond meneceri tərəfindən şaxələndirilmiş investisiya portfelinə yatırılmasını əhatə edəcək. Fond strategiyasından asılı olaraq, pulunuz səhmlərdən tutmuş, istiqrazlara qədər, müxtəlif aktivlərə yatırıla bilər. İnvestisiyanızın necə performans göstərməsi seçdiyiniz fondun növündən və onun müxtəlif bazar şərtlərində necə…
Qızıla yatırım etməyin üstünlükləri
Müasir dünyada qızılın praktikidən sırf simvolik mənada istifadəsinə qədər bir çox tətbiqi var. Məhdud resurs kimi qızıl öz dəyərini saxlayır. Qızıl ən çox axtarılan və etibar edilən məhsullardan biridir. Hətta “qızıl standart” termini şübhəsiz, yüksək standart deməkdir.  Xalqlar 2500 ildən artıqdır ki, qızıldan mübadilə vasitəsi kimi istifadə edirlər. Ümumdünya Qızıl Şurasının məlumatına görə, qızıldan pul…
Məşhurlar birjaya necə təsir edir ?
Məhşur insanların hər hansısa şirkətə qarşı olan açıq və nümayişkar şəkildə pis və ya yaxşı münasibəti bazarda rezonans yarada bilir. Məşhurlar sərmayə qoyduqları zaman, bu, həmin şirkətin səhmlərinin qiymətinin həddindən artıq yüklənməsinə və ya tam əksinə dəyər itirməsinə səbəb olur. Bu illər ərzində məşhurların şirkətlərin qiymətinə birbaşa təsir etdiyinə dair çoxsaylı nümunələr var. Məşhurlar brend…
Dünyanın ilk bankomatı
Dünyanın ilk avtomatik pul köçürmə aparatı 1967-ci ildə Londonda quraşdırıldı. Aparat ixtiraçı Con Şeferd Barron tərəfindən hazırlanmışdı. O, cihazı Britaniyanın Barclays bankına təqdim etdikdə bank bu təklifi dərhal qəbul etmişdi. Daha sonrakı illər ərzində bankomatlar dünyada artmağa davam etdi və texnologiyalar inkişaf etdikçə dəyişikliklər bankomatlara da tətbiq olundu. 1980-ci illərdə NCR rəngli displeylərin və FDK…
Tesla səhmlərinin bölünməsi qüvvəyə minir
Teslanın avqustun əvvəlində elan edilən 3-ün 1-ə səhm bölünməsi qüvvəyə minir. Şirkət, səhmlərin bölünməyə gedəcəyini avqustun əvvəlində elan etmişdi. Səhmlər avqustun 24-ü 891 dollarla ticarəti başa vurdu və 25 avqust tarixi ilə təxminən 297 dollardan ticarətə başladı. Tesla, ticarət bitdikdən sonra sahib olduğu hər bir səhm üçün əlavə iki səhm dividend ödəməklə bölünməni həyata keçirdi.…
Hər bir təcrübəsiz treyderin buraxdığı 10 səhv
Forex bazarına giriş nisbətən asandır, ona görə də insanlar ticarət biliklərinə ciddi münasibət bəsləmirlər. Xüsusilə yeni başlayan treyderlər düşünürlər ki, nəzəriyyə o qədər də önəmli deyil.  Lakin həqiqət burasındadır ki, baza bilikləriniz olmadan, düzgün ticarət planı hazırlaya bilməzsiniz.  Plan və strategiya olmadan ticarət Forex bazarında ticarətə başlayarkən hər hansısa aktiv üzərindən yalnız bu aləti bəyəndiyiniz…
Marja ticarəti nədir?
Bir çoxu birjada səhm almaq istədikdə, yaxud müəyyən əməliyyatı maliyyələşdirmək istədikdə lazımi nağd pulu broker hesabına yatırmaqla bu prosesi həyata keçirə biləcəyini düşünür. Lakin birjada ticarətin tək üsulu bu deyil. Alternativ üsul “marja ticarəti” adlanır. Marjinal ticarət sizə mövcud vəsaitlərinizdən artıq kapitalla ticarət etmək imkanının yaradılmasıdır. Marja ticarəti ticarət üçün istifadə edilə bilən bir kredit…
Öz gücümə necə milyoner ola bilərəm?
Kim milyoner olmaq istəməz ki? Hamı varlı olmağa can atır, lakin çox az adam həqiqətən də qeyri-adi sərvət toplamağa qadirdir. Biz milyoner olmağı çox vaxt şansa bağlayırıq. Lakin miras və ya ilkin investisiya olmadan belə çoxlu pul qazanmış insanların sayı az deyil. Heç bir miras olmadan sıfırdan öz gücünə milyoner olmaq tamamilə mümkündür. İnsanların öz…
Warren Buffett-in 5 yatırım sirri
1. Qiymətli yatırım işə yarayır Qiymətli investisiya Baffettə görə investisiya portfelinin təməl daşıdır. Öz təbirincə desək, “Əla qiymətə ədalətli şirkət almaqdansa, ədalətli qiymətə əla şirkət almaq daha yaxşıdır”. Warren bildirir ki, bahalı qiymətləndirmələr şirkətin əsaslı şəkildə yaxşı olduğunu və gələcəkdə yaxşı işlər görəcəyini ifadə etmir. Şirkətlər dərindən öyrənilməli və yalnız bundan sonra investisiya qərarları verilməlidir. …