X

Uğurlu insanların bazar günü vərdişləri

Uğurlu insanların bazar günü vərdişləri

Bazar günlərinizi necə keçirirsiniz? Bir çoxları kimi gec yuxudan ayılır, sonra bütün günü evdə tənbəlləşirsiniz? “Bir az daha uzanım hazırlaşacağam, bir çay içim işlərimi sonra da edərəm, daha axşam olmasına çox var, bir az daha dincəlim” deyə deyə günü bitirirsiniz? O zaman indi deyəcəklərimizə qulaq asmalısınız.

Bəli, ehtimal ki, bir çoxlarınız da bütün həftə ərzində iplə çəkdiyiniz istirahət gününüzdə bənzəri şeylər edirsiniz. Daha dəqiq desək, saysız-hesabsız insanların səhvini etməklə tətilinizi boş keçirirsiniz. Səhərdən axşama qədər bir kreslodan digərinə keçir, əlinizdə televizor pultu və ya telefon “vaxt öldürürsünüz”. Gün batmağa başlayınca da “bir bazar daha bitdi” deyə düşünərək ertəsi günü gözləməyə başlayırsınız.
Bazar günü bazar ertəsi olduğunu düşünərək stresinizi iki qat artırır və nəhayət “sabah nə edəcəm?” qorxusu ilə tətil gününüzü bitirirsiniz. Elə tam bu nöqtədə uğurlu insanların bazar gününü doğru keçirərək belə problemlər yaşamaq vəziyyətində qalmadıqlarını bilməlisiniz. Çünki müvəffəqiyyətli insanlar bazar gününü necə keçirməkləri lazım olduğunu çox yaxşı bilirlər. Aşağıdakı mövzuları oxuyaraq uğurlu insanların sahib olduğu bu vərdişlərə siz də yiyələnə, tətil gününüzü düzgün keçirə bilərsiniz.

Yuxudan tez oyanırlar

Bazar gününüzü daha faydalı keçirmək istəyirsinizsə ilk edəcəyiniz şey səhər erkən oyanmaqdır! Bunun üçün də şənbə axşamı hər zamankı kimi erkəndən yatmalısınız. Ertəsi gün işə gedəcəyiniz kimi düşünməlisiniz. Həftənin digər günlərindəki kimi yatarkən eyni vaxtda yatmalısınız. Günortaya qədər yatdığınız zaman həm günün böyük hissəsini itirmiş olacaq, həm də yuxu nizamınızı pozmuş olacaqsınız. Bunun əvəzində, erkən durub səhər yeməyinizi yeyib və duş ala bilərsiniz. Günün qalan hissəsi ərzində isə çox fərqli işlər görə bilərsiniz. Üstəlik, günü erkən başlamağın bir çox digər üstünlüklərini yaşayacaqsınız.

Hobbiləri ilə məşğul olurlar

Çünki bunun onlara nə qədər yaxşı təsir etdiklərinin fərqindədirlər. İş günlərində məşğul olmasalar belə ən azından bazar günlərini hobbilərinə zaman ayıraraq keçirirlər. Başqa sözlə, yazırlar, rəsm çəkirlər, gəzintiyə çıxırlar, musiqi ilə məşğul olurlar, bağ işləri görürlər, kitablar oxuyurlar. Bir sözlə, hobbilərinə vaxt ayırırlar.
Məsələn; Dünyanın ən varlı insanlarından olan Warren Buffett, tətil və boş vaxtlarında ukulele ifa etdiyini söyləyir. Qısacası, tətilinizin bir hissəsini hobbinizlə məşğul olmaq üçün istifadə etməlisiniz.

Sevdiklərinə zaman ayırırlar

Uğurlu insanların tətildə etdikləri başqa bir şey yaxınları ilə vaxt keçirmələridir. Çünki özünüzü nə qədər məcbur etsəniz də, zamanınızı nə qədər yaxşı idarə etsəniz dəiş günlərində sevdiklərinizə doğru dürüst vaxt ayıra bilmirsiniz. Çünki hər axşam işdən çıxıb evə yorğun gəlir, yemək yeyir və sonra bir də baxırsınız ki, yenə gecə yarısı olmuşdur. Buna görə bazar gününüzü yaxınlarınızla keçirməlisiniz. Prioritetinizin onlar olduğunun fərqinə varmalısınız. Tənbəllik etmək əvəzinə əyləncəli planlar qurmalı və həftənin son günündən zövq almalısınız.

Hərəkət edirlər

Bazar günü mütləq hərəkət etməlisiniz. Daha dəqiq desək, tətil gününüzdə idmanla məşğul olmalısınız. Çünki iş günlərinizdə idmanla məşğul olmaq üçün vaxt tapa bilmirsiniz və bu vacib məsələyə daima məhəl qoymursunuz. Gəzintiyə çıxa, sevdiyin idman oynaya və ya musiqinin səsi ilə rəqs edə bilərsiniz. Yəni nə edirsiniz edin edin əzələlərinizi işlətdiyinizdən əmin olun. Çünki idman sağlam yaşamaq üçün bir şərtdir. Uğurlu insanların gündəlik həyatı belədir. Yalnız Bazar günlərini deyil, bütün həftə enerjilərini qorumaq üçün tər atırlar.

Məkan dəyişikliyi edirlər

Bəli, erkən oyanıb səhər yeməyindən sonra yeni yerlərə səyahətə gedə bilərsiniz. Uğurlu insanlar kimi, fərqli yerlərə getməklə bazar gününüzü qiymətləndirə bilərsiniz. Təbiət qoynuna, dəniz kənarına və ya yaxınlığındakı tarixi yerlərə gedə bilərsiniz. Bu şəkildə həm sevdiklərinizlə vaxt keçirmiş, həm də həftənin stresini atmaq üçün məkan dəyişikliyi etmə üsulundan faydalanmış olarsınız.

Uzun sözün qısası, onlar tətil günlərində yalnız faydalı şeylərlə məşğul olurlar. Onları xoşbəxt edən, həyatlarına məna qatan insanlarla vaxt keçirir, bazar günündə enerji toplamaları və istirahət etmələri lazım olduğunu yaxşı bilirlər. Bütün bu gerçəklərin fərqində olduqları üçün də tətil günlərinin bir dəqiqəsini belə boşa xərcləmirlər.

Categories: Məqalələr
InvestAZ:
Related Post