X

Vəsait toplamaq üçün kiçik göstərişlər

Vəsait toplamaq üçün kiçik göstərişlər

Gələcəyə dair planlarımızı reallaşdırmaq, pul yığmağa başlamaq ilə mümkün olacaq. Kənarda bir təcrübəniz olmadığı müddətcə bu vəziyyət sizi narahat edəcək, gələcəyinizə dair qurduğunuz xəyalları məhdudlaşdırmaq məcburiyyətində buraxacaq. Hələ ki yaxşı bir investor olma planınız varsa, pul yığma mövzusunda daha həssas olmalısınız. Standartların üstündə qazanc əldə etsəniz belə, xərclərinin gəlirlərinizdən çoxdursa ortada bir problem var deməkdir. Ya pulunuzu yaxşı yönəldə bilmirsiz ya da pul yığmanın əhəmiyyətini hələ bilmirsiniz. Lakin bu gün də olmasa, sabah mütləq pul idarə etmək və yığmaq ehtiyacı ilə qarşı-qarşıya gələ bilərsiniz. Təlaşlanmağa dəyməz. Bir neçə kiçik tədbir və alınan qərarlarla sizlər də asanca pul toplaya bilərsiniz.

Pul mövzusunda məlumatlı olun

Hər zaman ölkə və dünya iqtisadiyyatları haqqında məlumat sahibi olun. İqtisadiyyat və maliyyə mövzularında məlumatınızın olması, pulunuzu daha doğru idarə etmək üçün sizə kömək edəcək. Bir iqtisadçı ədasına bürünmək lazım olduğunu söyləmirik lakin pul necə idarə olunur, şüurlu istehlakçı necə olur, sərmayələrlə necə pul qazanılar kimi məlumatlara hakim olmalısınız.

Xərclərinizə fikir verin

Əgər ay sonunda davamlı olaraq, “Hara gedir bu pullar?” Sualını soruşursunuzsa, bunun cavabını tapın. Xərcləriniz mütləq qeyd edin. Çox sadə olduğunu düşündüyünüz xərclər belə gələr-gedər tarazlığınızı poza bilər. Bu sadə xərclərdə gərəksiz olanları nəzərdən keçirərək ilk addımı ata bilərsiniz.

Borclarınızı gözdən keçirin

Əgər borcunuzu sıfırladıqdan sonra pul yığmaq istəyirsinizsə, borcunuzu ödəmək əsnasında çox diqqətli olun. Əvvəlcə ödəyəcəyiniz borca qarşı, boynuna götürdüyünüz faiz ilə birlikdə itkinizi nəzarətdə saxlayın. Mühasibliyi doğru edin. Ödədiyinizi borcları bir kənara qeyd edin. Beləcə qalan miqdara görə bir plan yaradın.

Kredit kartı ilə kreditli alış-verişdən uzaq durun

Əgər pul yığmaq istəyirsinizsə, kredit kartı ilə kreditli alver etməkdən qaçının. Çünki kredit kartıyla alış-veriş etmək, daha qazanmadığnız bir pula kredit götürməklə eyni mənanı daşıyır. Kartınızın varlığını unudun getsin! Təyin etdiyiniz büdcəyə görə alver edin.

Yatırım edin

Yalnız böyük sərmayələr deyil, kiçik kapital ilə də investisiya edə bilərsiniz və bu təcrübələri daha da böyük məbləğlərə kimi artıra bilərsiniz. Bunu sizə etibarlı bir şəkildə təmin edəcək Forex bazarı haqqında məlumatlar əldə edə bilər, təcrübə qazana bilərsiniz. Etibarlı bir vasitəçi təşkilatdan dəstək alaraq, yığdığınız pulu sərmayə ilə qiymətləndirə, gələcək planlarınıza ən qısa yol ilə çata bilərsiniz.

 

Categories: Məqalələr
InvestAZ:
Related Post