X

Xarici şirkətlərin səhmləri ilə ticarət

hisse senetleri

İnternet və texnologiya dövrünə keçidlə təkcə dünyanın digər nöqtəsində yaşayan dostlarımız və sevdiklərimiz ilə ünsiyyətimiz deyil, dünya birjaları və maliyyə alətlərinə çıxışımız da asanlaşdı. Dow Jones, DAX, NASDAQ və digər məşhur birja indeksləri inkişaf edən texnologiya sayəsində öz əlçatmaz mövqeyini itirdi. Keçmişdə kiçik və orta səviyyəli investor üçün xarici şirkətlərin qiyməli kağızlarına investisiya etmək imkansız və əziyyətli görünsə də, günümüzdə artıq hər kəs bu imkanlardan faydalana bilir. Ölkəmizdə bank və broker şirkətlərinin inkişaf etməsi və müştərilərin dəyişən tələblərinə cavab verməsi nəticəsində artıq hər kəs istədiyi xarici qiymətli kağızı asanlıqla əldə edə bilər.

İnkişaf edən texnologiyanın yaratdığı digər üstünlük isə, real zaman periodunda bazarlarda baş verən dəyişiklikləri izləmək və saniyələr içində əməliyyatlar icra etməyə imkan verməsidir. Artıq qiymətləri izləmək, alış satış əməliyyatları icra etmək üçün banka və ya broker şirkətinə getməyinizə ehtiyac qalmır. İnternet bağlantısı və ticarət terminalı vasitəsilə sərbəst şəkildə iqtisadi xəbərləri analiz edərək, bazarda ticarətinizi həyata keçirə bilərsiniz.

Harada ticarət edə bilərəm?

Xarici səhmlərə birjalar vasitəsilə, xarici birja indekslərinə isə həm birja həm də FOREX maliyyə bazarı vasitəsilə investisiya edə bilərsiniz. Broker şirkətlərinin və bankların texnologiyası sayəsində bu gün dünyanın ən məhşur birjalarında etibarlı və sürətli şəkildə ticarət edə bilərsiniz. FOREX bazarı isə qlobal bir bazar olub broker şirkətlərinin vasitəsilə bütün xarici aktiv və indekslərə investisiya edilə bilərsiniz. Əlbəttə kifayət qədər məlumat və təcrübə olmadan hər iki bazarda da edəcəyiniz investisiyalar yüksək risk daşıyacaqdır. Əgər bu sahə üzrə yetəri qədər bilik və təcrübəyə malik deyilsinizsə, o zaman mütəxəssislərə müraciət edin və ya forex tədris proqramlarına qatılmağı tövsiyyə edirik.

Xarici səhmlərlə necə ticarət olunur?                              

Keçmişdə ölkə xaricində hesabınız olmadan xarici səhmlərlə ticarət etmək mümkünsüz görünüdüsə də, günümüzdə broker şirkətləri və banklar vasitəsilə bunu rahatlıqla həyata keçirə bilərsiniz. Belə bir üstünlüklərin yaranması hətta kiçik yatırım məbləği olan bazar iştirakçılarını da bu cür fürsətlərdən faydalanmağa imkan vermişdir. İstər birja, istərsə də FOREX bazarında xarici şirkətlərin səhmlərini almaq üçün sadəcə lisenziyalı broker şirkətinə müraciət etməyiniz kifayətdir.

Categories: Səhmlər
InvestAZ:
Related Post