X

Yatırım etməmişdən öncə bunları bilməlisiniz

Yatırım etməmişdən öncə bunları bilməlisiniz

Vəsaitlərinizi dəyərləndirə biləcəyiniz gəlirli bir bazar olan birjalar etibarlı bir bazardır. Bir çox insanlar üçün qarışıq görünən birjalarda təcrübə əldə etməklə bir çox üstünlüklər bəxş edir. Bu bazarı araşdırdıqdan sonra, təcrübələrinizi birjada qiymətləndirmək istəyən investor namizəd sizsinizsə diqqət edin. İlk yatırım təcrübənizi yaşamadan əvvəl diqqət edilməsi lazım olan məqamlar var.

PULSUZ TƏLİM HESABI AÇIN
100.000$ VİRTUAL VƏSAİT İLƏ QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN

Vəsaitinizi qorumağı və idarə etməyi öyrənin

Çox çalışdığınız və bəlkə də çətin şərtlərdə yığdığınız pulunuzu qorumağı öyrənmənizdə fayda var. Gündəlik həyatınızda xərclərinizə, pulunuzun necə qiymətləndirdiyinizə və pul yığma üsullarınıza diqqət edin. Birja bazarı üçün bu söylədiklərimiz əhəmiyyətlidir, çünki, maliyyə bazarlarının əsas məqsədi Kapitalı qoruyub, əlavə qazanc əldə etməkdir. Pulunuzu gündəlik həyatda idarə edə bilmə qabiliyyətinə sahibsinizsə, birja bazarında işiniz olduqca asan olacaq deməkdir.

Bütün investisiya vasitələri ilə tanış olun

Yatırım bazarlarında investorlara seçim etmək imkanı verən müxtəlif investisiya alətləri var. Bu investisiya alətlərinin bir neçəsini seçə bilərsiniz. Lakin bu seçimləri edərkən, bütün investisiya vasitələrini araşdırın və tanış olun. Hansının sizin üçün daha məntiqli bir alət olduğunu təyin edin.

Hədəflərini təyin edəcək yatırım strategiyası yaradın

İnvestisiya etmədən əvvəl gələcək gözləntilərinizi təyin edin. Hədəfiniz əlbəttə çox pul qazanmaq olacaq, lakin bunun üçün risk etməkmi istəyirsiniz, yoxsa kiçik gəlir ilə davamlı uğur qazanmaqmı? Bu sualın cavabı sizin üçün gizlidir. Qısa müddətdə qərar verin. Qərarınız nəticəsində, necə hərəkət edəcəyiniz ilə bağlı investisiya strategiyanızı yaradın və bu strategiyaya ümumi olaraq sahib çıxın. Hissləriniz ilə hərəkət etməkdən çəkinin.

Kiçik əməliyyatlarla başlayın

“Birjaya nə qədər pul ilə daxil olmaq olar?” sualına cavab axtarırsa diqqət edin! Qazanclı bir sərmayə aləti olan birjalarda risklərin də ola biləcəyini ağılınızdan çıxarmayın. Müəyyən bir təcrübə əldə etmədən əvvəl böyük məbləğlərdə yatırım etməkdən çəkinin. İlk əməliyyatlarınızı kiçik miqdarlarda və çox hərəkətli olmayan alətlərdə edin. Kiçik həcmli əməliyyatlar təcrübənizi artırmaq üçün inanılmaz bir fürsət olacaq.

Categories: Yatırım
InvestAZ:
Related Post