X

Zəngin olmağın yolları | Heç kəsin sizə demədiyi reallıqlar

zəngin olmağın yolları

Varlanmağın bir neçə yolu var. Bu yollardan bəziləri şans tələb edir, bəziləri isə əmək və səy tələb edir. Şanslı olub bir şans oyunu qazanmağınız və zəngin olmağınız ehtimalı azdır, ancaq, çalışqan olub əmək verməyiniz və bunun qarşılığını almağınız çox yüksək ehtimala malikdir. Və biz zəngin olmaqla əlaqədar başqalarının sizlərlə paylaşmayacağı həqiqətləri paylaşmaq istəyirik.

Zəngin olmaq istəyirsinizsə, çalışmaq məcburiyyətindəsiniz.

Amma bu işi iş yerinizdə saatlarla müdirinizə özünüzü göstərmək üçün görməməlisiniz. Özünüz özünüzün müdiri olacaqsınız. Düşüncülərinizə, fikirlərinizə, özünüzə hakim olacaqsınız. İntizamlı və planlı şəkildə çalışacaqsınız. İş yerinizdə saatlarla verdiyiniz əmək sizin istədiyiniz kimi bir geri dönüşə çevrilə bilməz. Hər kəsin istədiyi “CEO”-luq mövqeyi hər şirkətdə bir dənədir və çox az adam bu kresloya sahib ola bilər. O səbəblə əvvəl özünüzün müdiri olaraq zəngin olma yolunda işə başlamağınız lazımdır.

Həyat boyu öyrənmə fəlsəfəniz olmalıdı.

Müvəffəqiyyətli və zəngin olduğunu gördüyümüz insanların çoxu özünü hər gün inkişaf etdirmək üçün çalışmaqdadırlar. Dünyadakı məşhur milyonerlərin həyatını araşdırarkən, hamısının günün əhəmiyyətli bir hissəsini kitab oxumağa həsr etdiyini görəcəksiniz. Sizcə bu qədər pulu olan, hədəflərinə çatmış bir insan belə bir oxumağa niyə ehtiyac duymaqdadır? Cavab çox sadədir, davamlı inkişaf, yeni hədəflər qoymaq və bu hədəflərə çata bilmək üçün.

Düzgün düşüncəyə sahib olmalısınız.

Sizin ətrafınızda olan şeyləri bəhanə etməyi buraxıb hər şeyi fürsətə çevirməyə fokuslandığınız təqdirdə doğru düşüncə quruluşuna sahib olacaqsınız. Beləliklə, zehninizə işləyən “zəngin olmaq pisdir”, “pul əl çirkidir”, “zəngin insanlar həmişə bədbəxt olur” kimi doğru olmayan sözlərə qulaq asmayacaqsınız.

Hədəf sahibi olmalısınız.

Əgər zəngin olmaq və bu vəziyyətdən istədiyiniz kimi zövq almaq istəyirsinizsə özünüzə bir hədəf təyin etməlisiniz. Pul qazanmaq əsas məqsədiniz olmamalıdır. Zəngin olmaq istəyirsinizsə, bir məqsədiniz olmalıdır və bu məqsədinizə doğru yola çıxarkən maksimum çalışmaq lazımdır. Hədəfiniz və uğurlu olmaq üçün bütün bu yollardan keçməlisiniz.

Categories: Məqalələr
InvestAZ:
Related Post