X

Zənginlər nələrə yatırım edir?

Zənginlər nələrə yatırım edir

Zəngin insanların çoxu pullarına dəyər qatmaq üçün investisiya etməyi üstün tuturlar. Bu mövzuda olduqca geniş və fərqli investisiya variantları vardır. Vəsaiti olan insanlar yatırım fondlarını və birjanı seçirlər, lakin bəzi zəngin insanlar daha fərqli bir yatırım yolları axtarırlar.

Torpaq və təsərrüfat yatırımı

İngilislər torpağa investisiya etməyi olduqca sevir. Dünya əhalisi ilə düz mütənasib bir şəkildə qida ehtiyacının da hər keçən gün artımını qiymətləndirmək istəyən investorlar fermalara investisiya etməkdən çəkinmir.

Səhm bazarına yatırım

Səhm bazarı bir çox investorlar üçün əməliyyat görən bir bazardır. Səhm öz sahibinə şirkətin illik xalis mənfəətindən dividend şəklində pay almaq haqqını verir. Səhmlər həm qısa müddətli həm də uzun müddətli olmaqla, digər sabit gəlirli yatırım alətlərindən daha çox qazandıra bilən qiymətli kağızlardır.

Uzun və ya qısamüddətli daşınmaz əmlak yatırımı

Zənginlərin bir hissəsini əmlaka investisiya qoymağı üstün tutur. Bəziləri London və dünyanın bir çox şəhərlərindən bahalı daşınmaz əmlak investisiyalarına üstünlük verirlər. Bir qisim zəngin isə pulunu digər investorlarla bir araya gətirərək bir hovuz sistemində toplamağı daha uyğun görür. Daha sonra, hovuzda toplanan pullarla kommersiya daşınmaz əmlakına investisiya qoyurlar.
Kiçik investorlar isə başqa ölkəyə getmədən sərmayə yatırmağı üstün tuturlar. Qısamüddətli qiymət enmələrini dəyərləndirərək daşınmaz əmlak alır və bir müddət sonra daha bahasına satırlar.

Maliyə bazarlarına yatırım

Böyük investisiyalar edə biləcək vəsaiti olmayanlar isə daha məqbul, qazanma / itirmə riski daşıyan marjinal ticarətə üstünlük verirlər. Qızıl, neft, ölkələrin valyutaları və s. kimi müxtəlif ticarət alətlərinə yatırım edərək qazanc əldə edə bilirlər. Digər bazarlardan fərqli olaraq hər iki istiqamətdə ticarət imkanı Forex-i daha üstün edir.

Maliyyə bazarları tamamilə etibarlı bir bazardır. Hər ölkənin öz qanuni çərçivəsində də nəzarət edilməkdədir.
Daha ətraflı məlumat üçün: https://www.investaz.az/forex

Categories: Məqalələr
InvestAZ:
Related Post