Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
115-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
116-cı Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
117-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
118-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
119-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
96 Konkurs
Konkurs 96-cı Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 22-02-2016 08:00:00
Bitmə Tarixi 20-03-2016 02:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
842
İŞTİRAKÇI SAYI
26 197
ƏMƏLİYYAT SAYI
28 998
ÜMUMİ LOT SAYI
255.3 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
0%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 100%
SELL 0%
Ölkələr üzrə
Azərbaycan: 92%
Pakistan: 2%
İndoneziya: 2%
Rusiya: 1%

Bu konkursun iştirakçıları

Azad Qurbanov InvestScore: 2.90
Faiz
1489 %
Gəlir
$ 47 696.99
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə 96-cı Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Hər kəsə bu müsabiqəyə qatılmağı və qalib olmağı arzu edirəm. Yarışmada qalib olmaq çox sevindiricidir, ancaq ən önəmli olan mübarizəni axıra kimi davam etdirməkdir.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Sumqayıt şəhərində anadan olmuşam. 32 yaşım var. Orta təhsilimi 2000-ci ildə Sumqayıt Özəl Türk litesyində, bakalavr təhsilimi 2004-cü il Qafqaz Universiteti, Bankçılıq bölümündə, magistratura təhsilimi 2010-cu il Marmara Universiteti, Bankçılıq bölümündə tamamlamışam. 2011-ci ildən Atatürk Universiteti, İqitisadi İnkişaf və Beynəlxalq İqtisadiyyat bölümündə doktorantura təshilimi davam etdirirəm. Bu vaxta qədər həm Türkiyədə, həm Azərbaycanda müxtəlif vəzifələrdə çalışmışam. Ancaq əsas iş təcrübəm Banklarda Risklərin İdarə olunması və ölçülməsi sahəsində olmuşdur.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex ilə tanışlığım Marmara Universitetində təhsil aldığım müddətdə yaranıb. Capital and Money Markets dərsləri almışam. Daha sonra İstanbulda Tele Trade firmasında Forex kurslarına qatılmışam, kursu bitirdikdən sonra real foreks hesabı açaraq öz hesabımı idarə etmişəm.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Daha öncəki müsabiqələrdə nəticələrim yaxşı olmayıb. Çünkü, demo hesabı açdıqdan sonra, vaxtım olmadığı üçün açdığım əməliyatları həm yaxşı idarə edəbilməmişdim, həm də ümumiyətlə bəzən əməliyat açdığımı unutduğum üçün daha çox zərər etmişdim.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

- Ticarət strategiyam əsasən günlük olaraq Amerika, Avropa və Asiya maliyyə bazarlarında baş verən dəyişiklikləri yaxşı analiz etmək idi. Mən əsasən EUR/USD cütlüyü ilə əməliyat elədiyim üçün, hər gün valyuta kursları ilə bağlı müxtəlif mənbələrin proqnozlarını oxuyurdum, ayrıca valyuta kurslarına təsir edəbiləcək mühüm xəbərlər açıqlandıqdan sonra baş verən dəyişikliklərə görə əməliyat açırdım vəya mövcud əməliyatlarımı bağlayırdım.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsasən Fundamental ve Texniki analizlərdən istifadə edirdim. Ayrıca valyuta proqnozlarını müxtəlif mənbələrdən izləyirdim. Əsasən əməliyat açmazdan öncə açacağım əməliyat barədə bütün proqnozları oxuyaraq və gözlənilən mühüm iqtisadi xəbərlər və açıqlamalar varsa bunları gözləyərək əməliyat edirdim. Həm də ümumiyətlə bazarın gedişatına uyğun olaraq əməliyat edirdim.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Daha öncə dediyim kimi, vaxtım olmadığı üçün daha öncəki yarışmalarda uğurlu nəticə əldə edəbilməmişdim. Ancaq bunlar uğurlu nəticə əldə edəbilməməyim üçün bir əsas deyildi. Əsas, maliyyə xəbərlərini gündəlik olaraq izləmək və bazar gedişatını düzgün analiz edəbilməkdir. Çünkü hər zaman verilən proqnozlar vəya açıqlanan iqtisadi xəbərlər, gözlənilən nəticələri vermir. Misal üçün, axırıncı FED açıqlamasından sonra gözlənilirdi ki, Dollar kəskin ucuzlaşacaq, ancaq bu belə olmadı, Dollar digər valyutalar qarşısında biraz dəyər itirdikdən sonra yenidən dəyər qazanmağa başladı. Mən hər zaman Dolların kəskin ucuzlaşacağı fikirlərinə qarşı olmuşam. Çünkü Dollar Dünyanın ən güclü ölkəsi olan ABŞ-ın valyutasıdır və hər zaman qeyri müəyyən bazar şəraitində qızıl qədər ən etibarlı investisiya və riskdən qorunma alətidir.

8. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- 96-cı konkursa qalib olmaq məqsədilə qatıldım. Yarışmanın əvvəllərində yaxşı gəlir əldə edərək ümumi nəticəmi 20 min dollara qədər yüksəltmişdim və 4cü yerdə idim, daha sonra yanlış əməliyat etdiyim üçün xeyli zərər edərək 3 min dollara qədər düşdüm, ancaq yenə inamımı itirmədim və mübarizəni davam etdirdim. Müsabiqənin sonlarına doğru arda arda çox uğurlu əməliyatlar ilə birinciliyə yüksəldim.

9. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbəttə, daha çox vaxt ayıraraq nəticəmi daha yüksək edəbilərdim. Bu baxımdan nəticəmi özüm üçün qane edici saymıram.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Proqnozları və iqtisadi xəbərləri diqqətlə oxusunlar, analiz etsinlər. Bir neçə yerli və xarici mənbələrdən istifadə edərək həm biliklərini artırsınlar, həm də müxtəlif analizləri və xəbərləri oxuyaraq daha ağıllı formada əməliyat açsınlar. Bəzən kor koranə açılmış əməliyat da uğurlu nəticə verəbilər, ancaq bu hər zaman olmaz, bəzən olar. Ancaq ağıllı şəkildə, öncədən məlumatlanaraq və bu informasiyalara əsaslanaraq açılan əməliyatlar əsasən uğurlu nəticələnir. Ancaq əlbəttə ki bazarın gedişatını da yaxşı izləmək və analiz etmək vacib şərtdir.

11. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Pul mükafatlarının məbləği artırılsa, pul mükafatından başqa seçim edəbiləcəyimiz mükafatlar da olsa daha yaxşı olardı.

12. Sonda müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- İştirakçılara uğurlar arzu edirəm. Müsabiqə təşkilatçısı olan InvestAZ firmasına da təşəkkür edirəm.
Faiz
1033 %
Gəlir
$ 34 018.22
Tutduğu yer
Müsahibəni oxu
Malik Elibeyov InvestScore: 3.50
Faiz
437 %
Gəlir
$ 16 139.62
Tutduğu yer
Müsahibəni oxu
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018