Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
121-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
122-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
98ci Konkurs
Konkurs 98-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 16-05-2016 08:00:00
Bitmə Tarixi 12-06-2016 02:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
783
İŞTİRAKÇI SAYI
8 512
ƏMƏLİYYAT SAYI
5 721
ÜMUMİ LOT SAYI
49.1 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
23%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 54%
SELL 46%
Ölkələr üzrə
Azərbaycan: 93%
İndoneziya: 2%
Rusiya: 1%
Hindistan: 1%

Bu konkursun iştirakçıları

Faiz
4321 %
Gəlir
$ 132 642.88
Tutduğu yer
Müsahibəni oxu
1) İlk öncə 98-ci Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız.

- Təbrikinizə görə təşəkkür edirəm. Mən də fürsətdən istifadə edib sizi Azərbaycanda FOREX sahəsindəki uğurlarınız münasibətilə təbrik etmək istərdim. Təbii ki, bir qalib kimi çöx xoş hisslər keçirirəm.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- 1996-cı ildə BDU-nun "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsini bitirmişəm. 1996-2011-ci illərdə müxtəlif şirkətlərində informasiya texnologiyaları, planlaşdırma, texniki və maliyyə analizi sahələri üzrə çalışmışam. 2011-ci ildən etibarən sığorta sahəsində fəailiyyət göstərirəm.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forekslə ilk tanışlığım 2000-ci illərə təsadüf edir. Bu sahədə fəaliyyət göstərmənin sərbəstliyi və imkanların genişliyi bu sahəyə marağın əsas səbəbləridir.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- İştirak etdiyim öncəki müsabiqələrə əsasən, daha çox vaxt ayırma imkanım olmaması səbəbindən yüksək nəticələrim olmayıb.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız.

- Əsasən texniki analizdən istifadə edirəm, təbii ki mühüm fundamental faktorları nəzərə almaq şərti ilə.

6. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Konkret olaraq hər hansı analiz metodunu tətbiq etmirəm. Əsasən müxtəlif zaman intervallarındakı qrafikləri təhlil etməklə əməliyyatlar aparıram.

7. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Doğrusu, bu sahədə bu sözləri deyə biləcək qədər fəaliyyətim olmayıb.

8. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Müsabiqəyə başlayarkən qalib olacağımı ehtimal etməsəm də, müsabiqənin gedişində qalib gələcəyimə əmin idim.

9. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Bəli, qane edir.

10. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Bu sahədə daha çox biliklər əldə etmələrini, daha səbirli və təmkinli olmalarını tövsiyə edərdim.

11. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Müsabiqəni yüksək səviyyədə təşkil etmisiz. Əminəm ki, Sizin edəcəyiniz hər bir yenilik də bu səviyyəni qorumağa və daha da yüksəltməyə xidmət edəcəkdir.

12. Sonda müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Müsabiqə iştirakçılarına və təşkilatçılara uğurlar arzulayıram. Həmçinin təşkilatçılara bu müsabiqəni təşkil etdiklərinə görə minnətdarlığımı bildirirəm.
Mammad Qurbanov InvestScore: 3.35
Faiz
3266 %
Gəlir
$ 100 990.03
Tutduğu yer
Müsahibəni oxu
Babek Karimli InvestScore: 3.50
Faiz
1711 %
Gəlir
$ 54 348.67
Tutduğu yer
Müsahibəni oxu
Sıra İştirakçı Kapital InvestCafe
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018