Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
115-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
116-cı Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
117-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
118-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
119-cu Konkurs

Konkurs haqqında ətraflı məlumat
100-cü Konkurs
Konkurs 100-cü Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 08-08-2016 08:00:00
Bitmə Tarixi 03-09-2016 02:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
555
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
2%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 48%
SELL 52%
Ölkələr üzrə
Azərbaycan: 92%
İndoneziya: 3%
Ukrayna: 1%
Rusiya: 1%

Bu konkursun iştirakçıları

Faiz
1497 %
Gəlir
$ 47 933.79
Tutduğu yer
Müsahibəni oxu
Elvin Arabov InvestScore: 3.25
Faiz
771 %
Gəlir
$ 26 159.02
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 100-cü Best InvestOR müsabiqəsində İKİNCİ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbriklərə görə minnətdarlığımı bildirirəm. Ikinci yerin qalibi olduğum üçün çox şadam.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Mən Ərəbov Elvin İbrahim oğlu 1981-ci ildə anadan olmuşam. Ali təhsilliyəm. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Forex-lə tanışlığım ilk dəfə 2008-ci ildə olub. Sonradan isə Forex-ə olan marağım daha da artdı.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, mən daha öncəki konkurslarda iştirak etmişəm, 92-ci konkursda birinci yerin qalibi olmuşam.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əməliyyat aparmazdan əvvəl iqtisadi xəbərləri nəzərdən keçirirəm və sonra texniki analiz edirəm.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?


- Bəli,olub. Bir müddət fasilə verdiyim vaxtlar da olub, amma Forex-ə olan marağım yenə də məni ticarət meydanına qaytarıb.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Son yarışmalarda ehtimallarım yüksək olub.


8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Müəyyən qədər qane edir.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- İlk öncə demo hesabda əməliyyat aparmagı, texniki və fundamental analizlərdən istifadə etməyi və təmkinli olmagı məsləhət görərdim.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Mən müsabiqənin keçirilmə qaydalarından tam raziyam.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Gələcək müsabiqələrə qatılan iştirakçılara uğurlar arzu edirəm və bu müsabiqələrin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm.
Vazifa Aliyeva InvestScore: 3.00
Faiz
621 %
Gəlir
$ 21 647.15
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə, 100-cü Best InvestOR müsabiqəsində ÜÇÜNCÜ yerə layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Hər dəfə Sizin keçirdiyiniz müsabiqəyə qatılırdım. Nəhayət, bu dəfə uğur mənim oldu.

2. Zəhmət olmasa, özünüz haqqında bir az məlumat verərdiniz?

- Doğum tarixim: 06.09.1987. Bakı Slavyan Universitetinin Tərcümə, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişəm. Ailəliyəm, bir övladım var.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Əvvəllər forex haqda heç bir məlumatım yox idi. Yoldaşımla tanışlıqdan sonra Forex-də keçirilən müsabiqələrdən xəbərdar olmuşam. Ondan bu haqda etraflı maraqlandım, öyrənməyə başladım. Müxtəlif müqabiqələrə qatıldım. Nəhayət ki, qalib oldum!

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Çox vaxt iştirak etmişəm, amma qalib gələ bilməmişəm. Əvvəlki müsabiqələrdə maksimal nəticələr əldə etmişəm amma müqabiqənin axır günlərinə az qalmış məğlub olmuşam.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Əsas strategiyam odur ki, bazarın istiqamətinə baxıram, əməliyyat açıram və uzun müddətli gözləyirəm. Bununlada yaxşı nəticə əldə edirəm.

6. Elə hallar olubmu ki, çoxsaylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Səbirsizlik elədiyim vaxtlar olub, amma heç vaxt geri çəkilmək haqda düşünməmişəm. Zəhmətlə uğur düz mütənasibdir.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Müsabiqəyə həmişə qalibiyyət ruhu ilə köklənirdim.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Min bərəkət.

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiz?

- Təmkinli, nəfs bu maliyyə bazarının əsas açarlarından biridir.

10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Hər şey öz qaydasında davam etsə daha yaxşıdır. Şirkətin öz yenilikləri daha maraqlı olur.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Bu müsabiqənin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürlər! Bütün iştirakçılara bol-bol uğurlar!
Sıra İştirakçı Kapital InvestCafe
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018