Login

AZ
+ YENİ BEST InvestOR HESAB ÜÇÜN QEYDİYYAT
   
Mükafatlı Forex Yarışması
114-cü Konkurs

Konkurs haqqında ətraflı məlumat
   
Mükafatlı Forex Yarışması
115-ci Konkurs

Konkurs haqqında ətraflı məlumat
102ci Konkurs
Konkurs 102-ci Konkurs
Kredit Çiyni 1:100
İlkin Depozit $ 3000
Başlanma Tarixi 31-10-2016 08:00:00
Bitmə Tarixi 26-11-2016 01:00:00
Konkurs qaydaları Ətraflı
Bu konkursun statistikaları
571
İŞTİRAKÇI SAYI
0
ƏMƏLİYYAT SAYI
0
ÜMUMİ LOT SAYI
0.0 %
ORTA GƏLİR GÖSTƏRİCİSİ
Aylıq əməliyyat sayı və həcmi
Aktual Statistikalar
Aktiv valyutalar:
20%
EURUSD Euro vs United States dollar
Ticarət istiqaməti:
BUY 54%
SELL 46%
Ölkələr üzrə
Azərbaycan: 91%
Hindistan: 3%
İndoneziya: 3%
Rusiya: 2%

Bu konkursun iştirakçıları

Nasim Imanov InvestScore: 4.60
Faiz
916 %
Gəlir
$ 30 500.56
Tutduğu yer
Müsahibəni oxu
1. İlk öncə 102-ci Best InvestOR müsabiqəsində qələbəniz münasibətilə Sizi təbrik edirik. Zəhmət olmasa, bir qalib kimi öz təəssüratlarınızı bizimlə paylaşardınız:

- Təbrikiniz üçün minnətdaram. Əlbəttə hər bir qalib kimi çox sevincliyəm. Hər kəsə bu cür qələbə arzu edirəm.

2. Zəhmət olmasa, özünüz haqqında biraz məlumat verərdiniz?

- Mən, Nasim İmanov tam orta təhsilliyəm. Peşəm Sürücüdür. Ailəliyəm, 2 övladım var.

3. FOREX-lə tanışlığınız necə oldu və bu sahəyə marağınız nədən irəli gəlir?

- Yaxın dostumdan eşitdim və bu sahə ilə maraqlanmağa başladım.

4. Məlumdur ki, Siz ilk dəfə deyil ki, Best InvestOR müsabiqəsində iştirak edirsiniz. Daha öncəki müsabiqələrdə hansı maksimal nəticələr əldə edə bilmisiniz?

- Bəli, ilk yarışım deyil, lakin elə də yüksək nəticəm olmamışdı. Ən yaxşı nəticəm 5-ci yerə qədər yüksəlməyim olmuşdu.

5. Zəhmət olmasa, ticarət strategiyanız barədə bizi məlumatlandırardınız. Hansı analiz metodlarından istifadə edirsiniz və ticarət əməliyyatları həyata keçirərkən hansı ticarət prinsiplərinə əsaslanırsınız?

- Fundamental və Texniki analizdən istifadə edirəm. Əsasən dəstək və müqavimətə üstünlük verirəm, Trend xətləri və Fibonaccidən də istifadə edirəm.

6. Elə hallar olubmu ki, çox saylı uğursuzluqlar nəticəsində “Bu sahə mənim üçün deyil” deyərək kənara çəkiləsiniz?

- Bəli, uğursuzluqlarım çox oldu amma mübariz insanam. Mübarizə apardım, öz üzərimdə çox çalışdım və Çox Şükür Allaha ki, nəticəyə çata bildim.

7. Müsabiqəyə başlayarkən qalib olacağınızı ehtimal edirdinizmi?

- Xeyr, qalib olacağımı düşünməmişdim amma çox çalışmağım öz nəticəsini verdi.

8. Best InvestOR müsabiqəsində əldə etdiyiniz nəticə Sizi qane edirmi?

- Əlbəttə. Birinci olmağı kim istəməz?!

9. Yeni başlayan treyderlərə hansı məsləhətləri verərdiniz?

- Yeni başlayan treyderlərə tövsiyyəm odur ki, ilk növbədə səbrli olsunlar. Çünki bu işdə səbr etmədən uğur qazanmaq olmaz. İkinci tövsiyyəm odur ki, dəqiq analiz etsinlər, texniki analizi yaxşı öyrənsinlər. Hər kəsə uğurlar və bol qazanclar arzu edirəm. Uğur qazanmaq istəyən treyderlərə məsləhət görürəm ki: "HEÇ VAXT TƏSLİM OLMA"


10. Best InvestOR müsabiqəsində hansı yenilikləri görmək istərdiniz?

- Yarışmanın şərtləri çox ədalətli və çox dəqiqdir. Ümid edirəm ki, gələcək yarışlarda da daha kreativ yeniliklər olacaq.

11. Sonda, müsabiqə iştirakçılarına və təşkilatçılarına söyləmək istədikləriniz?

- Müsabiqə iştirakçılarına bol-bol uğur arzu edirəm. İnşAllah layiq olan qazanar. Təşkilatçılara çox böyük minnətdarlığımı bildirirəm ki, bucür yarış keçirib, istedadlı treyderləri üzə çıxarırlar. İNVESTAZ IN BÜTÜN KOLLEKTİVİNƏ ÖZ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM/
Sıra İştirakçı Kapital InvestCafe

Diskvalifikasiya olunan iştirakçılar

Sıra İştirakçı Kapital
© 2018 InvestAZ. Bütün hüquqlar qorunur. | Version 4.0 © 2004-2018