01 Oktyabr - 25 Dekabr tarixlərində keçiriləcək kampaniya müddətində hər bir müştəri aktiv yatırım edərək gəlir qazanmaqla yanaşı, futbol həyacanını dünyanın ən məşhur stadionlarında yaşaya biləcək.
Kampaniyanın şərtləri:
Kampaniyanın müddəti 01 Oktyabr - 25 Dekabr 2018-ci il tarixlərini əhatə edir.
Kampaniyaya qoşulmaq üçün müştərilər InvestAZ şirkətinin ofisindən və ya rəsmi internet səhifəsindən, həmçinin şəxsi InvestOR platformalarından qeydiyyatdan keçməlidirlər.
Kampaniyaya yalnız qeydiyyatdan keçmiş, aşağıdakı müştərilər qoşula bilər:
a. Kampaniya müddəti ərzində cari hesablarına mədaxil edən mövcud müştərilərimiz
b. Kampaniya müddəti ərzində cari hesablarına mədaxil edən yeni müştərilərimiz
Bu qaydaların 3. bölməsində qeyd olunan müddətlər ərzində cari hesaba mədaxil olunan toplam məbləğ müştərinin müəyyən iştirakçı qrupuna aid olunmasına səbəb olur.
İştirakçı qruplarda tələb olunan həftəlik ticarət həcmləri və mükafatlar ilə yanaşı Bonus əmsalları da fərqlidir. (Cədvəl 1)
Qrup №-si | Cari hesaba mədaxil edilmiş məbləğ | Tələb olunan həftəlik ticarət həcmləri (Lot-larla) | Bonus Əmsalları | |
min. | max. | |||
1 | 499.99$-a qədər | 3.00 | 15.00 | 1.30 |
2 | 500- 999.99$ | 5.00 | 35.00 | 1.40 |
3 | 1,000- 4,999.99$ | 10.00 | 60.00 | 1.50 |
4 | 5,000- 9,999.99$ | 15.00 | 80.00 | 1.70 |
5 | 10,000- 24,999.99$ | 20.00 | 100.00 | 1.80 |
6 | 25,000- 49,999.99$ | 25.00 | 120.00 | 2.00 |
7 | 50,000$-dan çox | 30.00 | 150.00 | 2.20 |
Cədvəl 1. Kampaniyanın şərtləri
Həftəlik ticarət həcmləri 5 ticarət günü ərzində (1 ticarət həftəsi) tam icra olunan (bağlanan) ticarət əməliyyatlarının toplam həcmidir.
Hədiyyə xalları müştərinin aid olduğu qrup üzrə bonus əmsalının kampaniyanın şərtlərinə uyğun yerinə yetirilən ticarət həcminə hasilidir. Bu xallar yalnız həftəlik tələb olunan ticarət həcmi yerinə yetirildiyi təqdirdə hesablanır.
Bonus əmsalları - iştirakçının cəmi hədiyyə xallarını müəyyən etmək üçün onun ticarət əməliyyatlarının həcminə vurulan əmsaldır. Bonus əmsalları kampaniya iştirakçısının son icra etdiyi ticarət missiyasının aid olduğu qrupa uyğun hesablanır. Tələb olunan ticarət həcmləri ardıcıl olaraq icra edildikdə ikinci və daha sonrakı həftələrdə müvafiq qrup üzrə Bonus əmsalı 10% artır.
Depozit aktivliyi bonusu- kampaniya iştirakçısı olan müştərinin kampaniya ərzində cari hesabına mədaxil etdiyi xalis əlavə vəsaiti (əlavə mədaxil ilə məxaric məbləğinin fərqi) əsasında hesablanan bonusdur. (Cədvəl 2).
Xalis əlavə vəsaitin həcmi Mədaxil- Məxaric | Depozit aktivliyi bonusu |
3,000- 4,999.99$ | +2% |
5,000- 7,999.99$ | +3% |
8,000- 11,999.99$ | +4% |
12,000- 18,999.99$ | +5% |
19,000- 29,999.99$ | +7% |
30,000- 49,999.99$ | +9% |
50,000$-dən çox | +10% |
Cədvəl 2. Depozit Aktivliyi bonusu
İştirakçılar tələb olunan həcmdə ticarət apardıqları təqdirdə, mükafatları əldə etmək üçün InvestAZ İnvestisiya şirkətinə 25 Dekabr 2018-cı il tarixinədək müraciət etməlidirlər. Hədiyyə xalların hesablanması və mükafatların müəyyənləşdirilməsi müştərinin müvafiq müraciətindən etibarən 7 təqvim günü ərzində həyata keçirilir.
Hesab üzrə xallar hər bir müştəri üzrə yalnız bir ticarət hesabındakı əməliyyatların həcmi əsasında və kampaniyanın bütün şərtlərinə əməl edildiyi təqdirdə hesablanır. Hər bir müştəri topladığı Hədiyyə Xallarını müvafiq qrupa aid olan maksimum bir mükafat əldə etmək üçün istifadə edə bilər. (Cədvəl 3)
Həftəlik icra edilmiş ticarət həcmi müvafiq qrup üzrə tələb olunan maksimum ticarət həcmindən çox olduğu təqdirdə, Hədiyyə Xalları yalnız maksimum tələb olunan həftəlik ticarət həcmi əsasında hesablanır.
Diqqət!!!
AZN hesabına mədaxil edilmiş məbləğlər həmin gün üçün InvestAZ İnvestisiya şirkətinin təyin etdiyi məzənnə ilə ABŞ Dolları ekvivalentində hesablanır.
Bir cari hesabdan digərinə vəsaitin köçürülməsi mədaxil hesab edilmir.
Kampaniya müddəti ərzində toplam mədaxil həcminizi artıraraq, InvestAZ İnvestisiya şirkətinə müraciət etməklə iştirakçı qrupunuzu daha yüksək səviyyəyə artıra bilərsiniz.
InvestAZ şirkəti kampaniya müddəti ərzində kampaniyanın şərtlərində dəyişikliklər etmək hüququnu özündə saxlayır.
Hədiyyə xallarının hesablanmasında CFD səhmlərlə aparılan ticarət nəzərə alınmır.
Hədiyyə Xallarının hesablanması qaydası
Hesab üzrə Hədiyyə xalları (HX) müvafiq qrupun bonus əmsalının (BƏ) (Cədvəl 1) ticarət əməliyyatlarının həcminə (lotlara) (TƏH) hasili ilə hesablanır. Ticarət missiyaları ardıcıl olaraq, uğurla tamamlandığı təqdirdə isə müvafiq əmsal əvvəlki əmsaldan 10% artıq olmaqla hesablanır:
HX= BƏ * TƏH
Kampaniyanın şərtlərinə uyğun olaraq, kampaniya müddəti ərzində əlavə vəsait mədaxil etdiyiniz təqdirdə isə Hədiyyə xallarının üzərinə müvafiq Depozit Aktivliyi Bonusu (DAB) əlavə olunur:
HX= BƏ * TƏH + DAB
Hədiyyə Xallarının hesablanmasına nümunə
Siz cari hesabınıza 01 Oktyabr 2018-ci ildə 6 000 $ vəsait mədaxil edərək ticarət etməyə başlamısınız. Beləliklə, həftəlik minimal ticarət missiyanız 15 lotdur. 06 Oktyabr 2018-ci il tarixinədək (1 təqvim həftəsi) ərzində 19 lotluq əməliyyat yerinə yetirdiniz və həftəlik ticarət missiyanızı uğurla tamamladınız. Bu zaman Sizin Bonus Əmsalınız 1,7 olacaqdır. Növbəti həftə ərzində də 27 lotluq əməliyyat yerinə yetirərək ticarət missiyanızı yerinə yetirdiniz. Bununla da Bonus Əmsalınız 10% artaraq 1,87 olacaqdır. Üçüncü həftə isə 7 lotluq əməliyyat icra etdiyiniz üçün ticarət missiyanızı yerinə yetirə bilmədiniz. Buna görə də Sizin Bonus Əmsalınız əvvəlki səviyyədə saxlanılacaq (1,87 ) və üçüncü həftə üzrə həftəlik Hədiyyə Xalları hesablanmayacaqdır. Lakin dördüncü həftə yenidən 25 lotluq əməliyyat həyata keçirərək ticarət missiyanızı uğurla yerinə yetirdiniz. Beləliklə də Bonus Əmsalınız 1.87 səviyyəsində qalacaqdır və 5 ci həftə 23 lotluq əməliyyat edərək yekun Bonus əmsalınız 2.06 səviyyəsində olacaqdır. Bundan sonra şirkətimizə müraciət etdiyiniz təqdirdə Sizin cəmi bonusunuz aşağıdakı kimi hesablanacaqdır:
HX= (19+27+25+23) * 2.06= 193,64
Kampaniya dövründə cari hesabınıza əlavə vəsait daxil etdiyiniz təqdirdə isə əlavə olaraq, Depozit Aktivliyi Bonusu əldə edəcəksiniz. Misal üçün Siz kampaniya müddəti ərzində daha 10 000$ vəsait mədaxil, 1 000$ isə məxaric etmisiniz. Bu halda 9 000$ uyğun olan (Cedvel 2) Depozit aktivliyi bonusu da yekun nəticəyə əlavə olunacaqdır:
HX= (19+27+25+23) * 2.06= 193,64 + 4 %= 201.4
Hədiyyə xallarına uyğun mükafatlandırma
İştirakçı qruplar | Tələb olunan minimum Hədiyyə Xallarının miqdarı | Hədiyyə xallarına uyğun mükafatlar |
1 | 100 | Ulduz futbolçuların imzaları ilə futbol topları və ya formalar |
2 | ||
3 | 200 | Ispaniyanın La-liqa oyunu |
4 | ||
5 | 400 | Çempionlar Liqası oyunu |
6 | ||
7 | 800 | Çempionlar Liqası və ya Avroliqanın final oyunu |
Cədvəl 3. Hədiyyə xallarına uyğun mükafatlar
Qeyd: Futbol oyunları üzrə hədiyyə paketlərinə aviabilet, otel və oyuna bilet daxildir. (Qalib Avroliqanın final oyununu seçərsə sadəcə oyuna bilet hədiyyə olunacaq.)