İstiqrazların geri satın alınma şərtləri
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödənilir. İstiqrazların tədavül müddəti 3 ildir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda - ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 təqvim ili sonra həyata keçiriləcək.
Emitent tərəfindən satış sifarişləri üzrə istiqrazların geri alınması 180 təqvim günündən sonra həyata keçiriləcəkdir. İstiqrazların geri alınması zamanı istiqrazların nominal dəyəri və həmin günədək yığılmış faizlər ödəniləcəkdir. İstiqrazların vaxtından əvvəl ödənişi barədə tələb buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən müddəti bitənədək daxil olduqda istiqrazlar üzrə faizlər illik 6 % gəlirlilik ilə hesablanacaq.