MetaTrader 4 İstifadə təlimatı

Dünyanın ən çox istifadə olunan Forex TicarətTerminalının bütün detallarını öyrənin

Image title


Image title


+

Valyuta cütlüyünü sol klik ilə tutub saxlamaqla, qrafikin üzərinə hərəkət etdirib buraxa bilərsiniz;

Valyuta cütlüyünün üzərində sağ klik etdikdə, açılan pəncərədə “Qrafik Pəncərəsi”-ni (Chart Window) seçə bilərsiniz;

Qrafikin sol üst küncündə qrafikin hansı valyuta cütlüyünə aid olduğu və zaman intervalı göstərilir. Qrafikin üzərinə sağ düymə ilə klik etdikdə qrafikin zaman intervalını dəyişdirmək mümkündür. M = Dəqiqəlik, H = Saatlıq, D = Günlük, W = Həftəlik, MN = Aylıq zaman intervallarını göstərir.

  • Bir neçə qrafikin əks olunmasını istəyirsinizsə, qrafikin kənarlarından tutaraq hərəkət etdirə və ya ana menyuda olan pəncərədən “Pəncərələri tənzimlə” (Tile Windows) bölümünü seçməklə avtomatik tənzimləyə bilərsiniz.

+