QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

TƏMİNATLAR

Həyata keçirdiyiniz investisiyalar dövlət nəzarət orqanları tərəfindən tənzimlənir və qorunur.

Maliyyə Bazarlarına Nəzarət Palatası


“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Müvafiq sənədləri görmək üçün DAXİL OLUN

Bakı Fond Birjası

Fəaliyyətimizlə, eləcə də səlahiyyətli qurumlar tərəfindən verilən icazə sənədləri ilə buradan tanış ola bilərsiniz.

BAKI FOND BİRJASI (BFB) - qapalı səhmdar cəmiyyəti formasında yaradılmış və birja fəaliyyəti göstərən yeganə kommersiya təşkilatıdır. Bakı Fond Birjasının yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur.


InvestAZ, xarici şirkətlərin Bakı Fond Birjasında yerinin alması üçün qurulan Bakı Fond Birjasının strateji üzvüdür.

InvestAZ şirkəti Bakı Fond Birjası ilə “Forex və CFD” ticarət alətlərinin likvidliyinin təmin edilməsi üzrə market meykerdir.

Milli Depozit Mərkəzi

MDM - Milli Depozit Sisteminin tərkib hissəsi olaraq bilavasitə depozitar fəaliyyəti ilə məşğul olan və depozit sisteminə daxil olan depozitarların uçotunu aparan, onların fəaliyyətinə nəzarəti həyata keçirən dövlət təşkilatıdır.

Milli Depozit Mərkəzinin əsas məqsədi qiymətli kağızların müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız mülkiyyətçilərinin və alqı-satqı müqavilələrinin qeydiyyatını, eləcə də digər depozitar xidmətlərini həyata keçirməkdir.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası üzrə əməliyyatlar haqqında bütün qeydiyyat və reyestrlərin aparıldığı mərkəzdir. Səhmlərinizi və İstiqrazlarınızı MDM zəmanətində təqib edə bilərsiniz.

Milli Depozit Mərkəzi, səhmdar cəmiyyətlərinə, eləcə də özəl və institusional sərmayədarlara aşağıdakı növ xidmətləri göstərir:

Sənədli və sənədsiz formada buraxılan qiymətli kağızların saxlanılması;
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması;
Qiymətli kağızların özgəninkiləşdirilməsi yolu ilə bağlı olan əqdlərin qeydiyyatı;
Qiymətli kağızlarla mülkiyyət hüququnun rəsmiləşdirilməsi;
Qiymətli kağızların yüklülük faktlarının qeydiyyatı;
Qiymətli kağızların konsolidasiya, konvertasiya və xırdalanması, eləcə də digər qlobal əməliyyatların aparılması;
Birja əqdləri üzrə klirinq və hesablaşmalar.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234