QAZANMAĞI ÖYRƏNMƏK ƏLİNİZDƏ

InvestAZ beynəlxalq FOREX sərgisinin Platinum sponsoru oldu.

02.10.2015 14:17
XƏBƏRLƏR

InvestAZ beynəlxalq FOREX sərgisinin sponsoru oldu.

3-4 Oktyabr 2015-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “FOREX, Səhm və Törəmə Alətləri” adlı sərgi keçiriləcək. Sərgidə ölkəmizi Azərbaycan və Türkiyə bazarlarında uğurla fəaliyyət göstərən InvestAZ şirkəti təmsil edəcək.

InvestAZ şirkətinin “Platinum” sponsorluğu ilə baş tutacaq sərginin əsas məqsədi maliyyə bazarında iştirak etmək istəyənləri bu sahə üzrə doğru  məlumatlandırmaq və tədris imkanları ilə tanış etməkdən ibarətdir. Sərgidə, Türkiyədə fəaliyyət göstərən aparıcı broker şirkətlərinin və digər maliyyə təşkilatlarının iştirakı gözlənilir. İstanbul Forexpo sərgisində iştirakçılar ödənişsiz tədris imkanları, sahə üzrə aparıcı mütəxəssislərin çıxışlarını dinləmək imkanını da əldə edəcəklər.

Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan və Türkiyə Respublikasında diler, broker və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malikdir.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

WHATSAPP

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA