Hesab köçürmə əməliyyatlarına aid şərtlər:


1. Müştəri, InvestAZ veb-saytında göstərilən ardıcıllığa riayət edərək hesabını köçürə bilər. Bununla bağlı zəruri hesab olunan xanalar mütləq şəkildə doldurulmalıdır.

2. Müştəri ilk öncə bilməlidir ki, hesab köçürmə əməliyyatının tam və qanuni olaraq reallaşması üçün, müştəriyə InvestAZ MT4 ticarət hesabı açılacaqdır. Bu müddət bitənə qədər köçürülən hesabda yeni əməliyyat açmaq və ya əməliyyat bağlamaq qəti qadağandır.

3. Müştərinin köçürülən hesabına aid əməliyyatlar InvestAZ sisteminə kopyalanır və yeni InvestAZ MT4 hesabında əks olunur. Bu etapda bütün həyata keçirilmiş əməliyyatlar “ilkin təsdiq” statusu alır.

4. Bu etapda müştərinin köçürülmüş əməliyyatları, eləcə də balans və kapitalı (equity) eyni olaraq yeni hesabda əks olunur. Köçürülmüş hesabın uyğunluğunu yoxladıqdan sonra müştəri qərar verməli və hesab köçürülməsini təsdiqləmək üçün InvestAZ şirkətinin nümayəndəsinə müraciət etməlidir.

5. Müştəri digər şirkətdə olan əməliyyatlarını bağlayaraq 24 saat (1 iş günü) ərzində InvestAZ şirkətindəki hesabına mədaxil etməlidir (ödəmə növü InvestAZ şirkətinin nümayəndəsi ilə razılaşdırılır).

6. Müştəri köçürülən hesabdan məxaric prosesinə, digər xərclər və komissiyalara görə şəxsən məsuliyyət daşıyır.

7. InvestAZ şirkətinin nümayəndəsi tərəfindən hesab köçürülməsinin təsdiqləndiyi andan etibarən, muştəri müvafiq müqaviləni imzalayaraq müvəqqəti olaraq InvestAZ hesabında əməliyyatlar edə bilər. Bu etapda müştərinin borc məbləği köçürülən hesabdakı əməliyyatların bağlandığı an mövcud olan balansa bərabərdir.

8. Hesab köçürülməsi prosesinin yekunlaşdırılması üçün tələb olunan məbləğ müəyyən olunmuş müddət çərçivəsində InvestAZ hesabına köçürülmədiyi təqdirdə, InvestAZ şirkəti müştərinin hesaba girişini məhdudlaşdırma və kompensasiya tələb etmə haqqını özündə saxlayır.

9. InvestAZ-ın valyuta cütlükləri siyahısını və hədəflənən spred dərəcələrini nəzərdən keçirmək üçün daxil olun.