Məqalələr

20 yaşında qarşısı alınması lazım olan pul xərcləmə vərdişləri

InvestAZ
Written by InvestAZ

Hər kəsin pul xərcləmə vərdişləri çox erkən yaşlarda formalaşmağa başlayır. Bərkimiş bəzi vərdişləri isə zamanla dəyişmək olduqca çətindir. Gənc yaşlarında yaranan vərdişlərin ömür boyu izlər buraxaraq əks təsirlər yaratmasının qarşısını almaq üçün ilk vaxtlarda doğru addımlar atmaq lazımdır. Bu istiqamət üzrə bir sıra diqqət edilməsi lazım olan məqamları nəzərinizə çatdırmaq istəyirik.

Fors Major hallar üçün vəsait

Vəsaitlərinizi nə qədər yaxşı idarə etməyinizdən asılı olmayaraq, əgər kənarda fors major hallar üçün vəsaitiniz yoxdursa deməli ki, vəziyyət pisdir. Düşdüyünüz vəziyyətdən asılı olmayaraq fors major hallar üçün vəsait toplamaq istəyirsinizə, alış-veriş vərdişlərinizdə bir sıra dəyişikliklər etməyiniz lazım olacaq. Özünüzdə bu vərdişi formalaşdırdığınız halda hər zaman rahat olacaqsınız.

Xoşbəxtlik xərcləməklə gəlir

Bu yanlış fikirdir. Əksinə özünü təhlükəsiz hiss etdiyiniz zaman xoşbəxtsiniz. Əgər özünüzü pul xərcləməyin, alış-verişin xoşbəxtlik gətirdiyinə inandırsanız, nəzarətsiz xərclərin qarşısını ala bilməyəcəksiniz. Sadə və nəyə ehtiyacı olub olmadığına diqqət edən insanlar həyatda hər zaman rahat yaşayırlar.

Getdikcə artan kredit borcları

Artıq hər kəsin universitet illərindən sahib olmağa başladığı bank və kredit kartları, xərclərimizi asanlaşdırarkən, mübadilə təcrübəmizdə də fərqli istiqamətə yönləndirir. Kiçik yaşlarından kredit borclarının altına girməkdənsə, daha nəzarətli xərclər edərək borclarınızı minimumda saxlaya bilərsiniz. Atacağınız bu addım sayəsində gələcəyiniz üçün çox doğru bir seçim etmiş olacaqsınız.

Təqaüd ödəmələrini yanlış istifadə etmək

Tələbəlik illərinə təsadüf edən pul xərcləmə vərdişlərimizin inkişafı, eyni zamanda ən çox arzu və xəyallarımızın yarandığı dövrlərə təsadüf edir. Məhz bu səbəbdən də bəzən istəklərin yeri və vaxtı imkanlarınızla uyğun gəlmədiyi üçün prioritetləri düzgün müəyyən etməlisiniz. Olduğunuz anı mümkün olan ən yaxşı standartlarda yaşamaq və hər nə olursa olsun sabaha dair qayğı güdməmək, yoxsa bu günü minimum standartlarda yaşayaraq gələcəyə inamla baxmaq? Hər ikisi də ağlabatan əsaslarla dəstəklənə biləcək fikirlər. Yetər ki, verdiyiniz qərarların məsuliyyətini dərk edəsiniz.

Qısamüddətli düşünmək

Sadəcə bir neçə gün, həftə və ya ay irəliyə baxmaqla vəziyyətin ümumi təsvirini görə bilməzsiniz. İllik büdcənizi aylıq olaraq təqib etməyi bacarırsınızsa, deməli yatırım etmək üçün ilk addımlarınızı atmağa hazırsınız. Yatırım edərkən nəticələrinizin yaxşı olması üçün isə sistemli şəkildə hərəkət etmək və dar düşüncələrdən uzaq durmaq lazımdır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın