Məqalələr

Ailə büdcəsini necə düzgün idarə etmək lazımdır?

ailə büdcəsi
InvestAZ
Written by InvestAZ

Ailə büdcəsi: Bu mövzu ətrafında, xərclər və gəlirlər haqqında asanlıqla danışırıq. Nəticə isə uzun müddət çəkmir. Bəs ailənin büdcəsini necə düzgün idarə etmək lazımdır?

Bir əmək haqqı alırsınız, ancaq qısamüddətdən sonra baxırsınız ki, digər ehtiyaclarınız üçün vəsait artıq qalmayıb. Pullar hara gedir, niyə onlar həmişə tez bitirlər?
Məqalədə bunun haqqında danışacağıq.

PUL NİYƏ HEÇ VAXT BİZƏ ÇATMIR?

Bunun səbəbi çox sadədir – insanlar öz xərclərini hesablamırlar.

Bir çox insanların ən çox yadında qalan xərcləri kommunal ödənişlərdir. Əsas problemlər də məhz buradan qaynaqlanır. Xərcləri qeydə almamaq.
Büdcənizə zərər gətirən yerlərdən biri də supermarketlərdir. Yadınıza salın ay ərzində çörək üçün baş vurduğunuz supermarketdən neçə dəfə əlidolu paketlərlə çıxmısınız. Evə gəldikdən sonra baxırsınız ki, əslində aldığınız məhsulların bir neçəsi əslində çox da lazımlı deyilmiş. Əgər xərclərinizi izləməyi öyrənməsəniz bu hallar tez-tez baş verəcək.

XƏRCLƏRİ NECƏ NƏZARƏTDƏ SAXLAMAQ OLAR?

Bir çox insanlar elə zənn edirlər ki, xərclərə nəzarət etmək çox qəliz məsələdir. Əslində, bu belə deyil. Bütün xərcləri, qeyd dəftərinə və ya mobil telefonuzun qeyd bölməsinə, müvafiq proqramlarda qeyd etmək çox az zamanınızı alacaq. Hətta sizə əhəmiyyətsiz görünən xərclər belə qeyd olunmalıdır.
Ekspertlər təsdiqləyirlər ki, xərclərinizi daim qeyd etməyiniz büdcənin təxminən 20% və ya daha çoxunu xilas edəcək. Narahat olmayın, ilk vaxtlarda belə bir xərc nəzarəti sizdə çətin ola bilər, amma gələcəkdə bir vərdiş halına gələcək və bunu rahat şəkildə edəcəksiniz.

AİLƏ BÜDCƏSİNİ DOĞRU YÖNƏLTMƏK

Ailə büdcəsi ailənin cari ay üçün bütün xərcləri və mənfəətini göstərir. Siz büdcənizi planlaşdırmaqla vəsaitinizi harda gəldi deyil, doğru şəkildə xərcləyəcəksiniz.
Nəticədə, təkcə özünüzü idarə etməyi deyil, ailənizin maddi vəziyyətinə də müsbət təsir göstərəcək qənaət etməyi də öyrənəcəksiniz.
Maraqlıdır ki, bu proses çətin, hətta xoş görünməyəcək, ancaq ilk müsbət nəticələrə çatanda sevinc hissi yaşayanda nə qədər doğru etdiyinizi biləcəksiniz.

GƏLİR

Ailənin büdcəsini planlaşdırmağa başlayın, gəlirlərinizi əlavə xərclərdən qorumaq üçün bu ən yaxşı yoldur. Əmək haqqınızı, əlavə nə gəliriniz varsa hamısının siyahıya alın.

XƏRC

Gəlirləri qeyd etdikdən sonra əsas məsələ olan xərc ödənişlərini qeyd edin. Zəruri olan bütün xərclərlə yanaşı, ən xırda ödənişlərinizi belə qeyd edin.

VACİB QAYDALAR

Hər bir gün və ya ay üçün bir məbləğ təyin edin. Zəruri olmadığı təqdirdə heç vaxt müəyyən etdiyiniz xərc məbləğini keçməyin.
Büdcə qaydası sistemli bir şəkildə pozulursa, ehtimal ki, düzgün sistem qurmamısınız. Xərclərinizi yenidən nəzərdən keçirib, daha düzgün büdcə planlayın.

Əslində, büdcəni saxlamaq çətin deyil və onu planlamaq çox faydalıdır. Daha faydalı isə əlinizdə olan vəsaiti daha doğru şəkildə dəyərləndirməkdir. Əlavə qalan vəsaitinizi, məsələn, valyuta bazarlarında yatırım edərək daha çox gəlir əldə edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın