Səhmlər

Amazon səhmlərinə yatırım necə edilir?

amazon səhmlərinə yatırım
InvestAZ
Written by InvestAZ

Dünyanın ən böyük alış-veriş saytı olan Amazon səhm performansı ilə diqqət çəkməkdədir.

Elektron ticarət nəhəngi olan Amazon xaricdən alış-verişlə bağlı ağla gələn ilk etibarlı adlardan biridir. 2017-ci ildəki üstün performansı sayəsində qurucusu Jeff Bezos-un sərvətini 100 milyard dollara yüksəltdi və onu dünyanın ən zəngin adı halına gətirdi. Amazon səhmlərindəki artımla, Jeff Bezos digər investorların da nəzərini cəlb etməyi bacardı.

Amazon şirkəti haqqında ümumi məlumat

Jeff Bezos tərəfindən 5 İyul 1994-cü ildə ABŞ-ın Seattle şəhərində qurulan Amazon, bir e-ticarət və “cloud computing” şirkətidir. Həm ümumi satış həcmi, həm də elektron ticarətdə bazar dəyəri baxımından dünyanın ən böyük alış-veriş saytı kimi tanınır. Təsəvvür etdiyiniz kimi, ad dünyanın ən böyük çayı Amazonun adından gəlir. İlk əvvəl bu ad “Cadabra” düşünülsə də, sonra imtina edilmişdir.

Qurucusu Jeff Bezos Amazon-u hər gün daha da inkişaf etdirir. Bunun müqabilində şirkət, Jeff Bezosu da dünyanın ən zəngin insanları siyahısının üstünə çıxardı. 27 iyul 2017-ci ildə Nyu-York Fond Birjasında satılan Amazon səhmləri 1,6% dəyər qazandı. Bu artımla Bezosun sərvəti 90,2 milyard dollara yüksəldi. Gerçək zamanlı məlumatlara görə, dünyanın ən zəngin adı olan Bezos, bu adı 8 saat tutmağı bacardı. Birja bağlanışında isə Bill Gates yenidən zirvədə idi. Sentyabr 2020-ci il tarixi etibarı ilə Jeff Bezos 202 milyard dollar vəsait ilə dünyanın ən varlı insanlar arasında birincidir.

Amazon səhmlərinə necə yatırım etməli?

Amazon səhmlərinə yatırım etmək istəyirsinizsə, əvvəlcə şirkətin maliyyə göstəricilərini və satış həcmlərini öyrənməlisiniz. Bunları mənimsədikdən sonra, səhm performansı ilə bağlı dəqiq proqnozlar verə bilərsiniz.

Azərbaycanda da Amazon şirkəti kifayət qədər tanınandır və bu şirkətə yatırım etmək istəyənlər vardır. Ölkəmizdə maliyyə və investisiya istiqamətində fəaliyyətini inkişaf etdirən InvestAZ investisiya şirkəti artıq dünyanın bir çox məşhur şirkət səhmlərini investorlara təqdim etməkdədir. Həmçinin, Amazon səhmlərinə yatırım imkanı təqdim edən şirkət, bu yöndə investorlara dəstək olmağa hazırdır. Dünyanın ən gəlirli səhmlərindən olan Amazon şirkət səhmlərinə artıq siz də yatırım edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın