Məqalələr

Bazar iştirakçısının bilməli olduğu 5 əsas məlumat

Bazar iştirakçısı
InvestAZ
Written by InvestAZ

Yatırım dünyasına səyahətə çıxarkən özünüzlə iki şey götürməlisiniz. Birincisi vəsait, ikincisi isə həm vəsaitlərinizi qoruyacaq, həm də davamlı olaraq Sizə əlavə gəlir qazandıracaq bilik. Həm texniki həm də psixoloji olaraq özlərini bu səyahətə hazırlayan bazar iştirakçılarının önündə uzun və gəlrli bir yol durur.

Bu sahədə uğur qazanmağın açarı isə 5N 1K-dır. Yalnız investisiya dünyasının deyil, həyatın təməl prinsiplərindən biri olan 5n 1k, ictimai elmlərdən xalq təbabətinə qədər hər sahədə tədqiqatçıların suallarına cavab vermələrinə kömək edir və onlara yol göstərir: Nə? Harada? Nə vaxt? Necə? Nə üçün? Kim?

FOREX nədir?

Əsasən müxtəlif ölkələrə aid pul vahidlərinin bir-birinə çevrildiyi və bunun mübadilə edildiyi bir bazar olaraq düşünülən FOREX, yalnız xarici valyuta məzənnələrindən və ya valyuta cütlüklərindən ibarət deyil. Eyni zamanda neft, qızıl, birja indeksləri və fyuçerslərlə ticarət əməliyyatları aparılan FOREX bazarı, zaman keçdikcə dünyanın ən likvid bazarına çevrilmişdir.

Necə işləyir?

İlk öncə lisenziya əsasında fəaliyyət göstərən broker şirkəti və ya aktivlərin idarə edilməsi üzrə mütəxəssisə müraciət etməlisiniz. Daha sonra broker şirkəti tərəfindən təqdim olunan ticarət terminalı vasitəsilə bazarda baş verənləri analiz edərək ticarət əməliyyatları həyata keçirə bilərsiniz.

Harada və nə zaman ticarət edə bilərsiniz.

FOREX bazarında ticarət etmək üçün hər hansı bir zaman və ya məkan məhdudiyyəti mövcud deyil. Buna səbəb FOREX bazarının tək mərkəzli sistem deyil, beynəlxalq olmasıdır. Sidney, Tokio, London və Nyu York birja mərkəzlərinin saatları bir-birinin ardınca açılır ki, bu da bazar iştirakçılarına 5 gün 24 saat ticarət etmək imkanı verir. Bütün cihazlara uyğun hazırlanmış FOREX ticarət terminalları isə hər bir bazar iştirakçısına istənilən yerdən girib ticarət etməsini təmin edir.

Kimlər və nə üçün FOREX-də ticarət edir.

FOREX Bazar iştirakçısı olanlar arasında müxtəlif təbəqəli insanlara rast gəlmək olar: Müəllimlər, akademiklər, məmurlar, tələbələr, bank işçiləri və sərbəst peşəyə sahib olan insanlar. Bir sözlə bu maliyyə bazarında hər peşədən olan insanın diqqətini çəkən bir məsələ mövcuddur. FOREX bazarında ticarətə başlamağın da əsas səbəbi məhz elə budur: Günün hər saatı diqqətinizi çəkəcək bir investisiya vasitəsinin əlinizin altında olacağını bilmək.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın