Kriptovalyutalar

Bitcoin-dən necə qazanmaq olar?

InvestAZ
Written by InvestAZ

Sərbəst və texnoloji pul – Bitcoin

“Bitcoin”-in ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də mövcud dünya birjalarında qiymət dalğalanmaları “Bitcoin”-ə təsir etmir. Onun dəyəri öz bazarında bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bununla yanaşı, “Bitcoin” şəbəkəsi insanlara öz şəxsiyyətlərini açıqlamadan, pul göndərməklərinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, internet üzərindən alış-veriş və ya investisiya etmək imkanı yaradır.

Bitcoin necə istehsal edilir?

Bu sual “Bitcoin nədir?” sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Bugünkü iqtisadiyyatımızda pullar dövlətlər tərəfindən dövriyyəyə buraxılır,“Bitcoin”-in isə dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs Bitkoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, yenə də sistem özü başına işləyir. Bitcoin sistemi elə proqramlaşdırılıb ki, hər 10 dəqiqədən bir bir Bitkoin emissiya edilir və son limiti 21 milyon Bitkoindir. Mayninq işi ilə məşğul olan kompüterlər isə işləri müqabilində işləri şəbəkə tərəfindən təsdiqləndikdən sonra Bitkoinlərlə mükafatlandırılırlar. Beləliklə, dövriyyədə Bitkoinlər artmış olur.

Bitcoin necə qazanılır?

“Bitcoin” əldə etmək üçün ilk olaraq ödənişsiz qaydada “Bitcoin” hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra “Bitcoin” şəbəkəsində həyata keçirirlən əməliyyatların yoxlanışı və təsdiqi işi (ing.: “Proof of Work” prinsipi) ilə məşğul olmaqla (mayninq) həm əməliyyatların yoxlanılması, həm də ümumi şəbəkəyə qatdığınız dəyəriniz müqabilində kripto valyuta əldə edirsiniz. Bu zaman kompüteriniz nə qədər güclü olarsa, performansınız da o qədər yaxşı olacaqdır və rəqabətdə də üstün olacaqsınız. Bunun üçün xüsusi hazırlanmış avadanlıqların alınması və ya icarəyə götürülməsi imkanları mövcuddur. Eyni zamanda, maynerlərdən ibarət qruplara da (ing.: “Mining pools”) qoşulmaqla, ümumi bir şəbəkə gücü yaratmaq imkanı vardır. “Mayninq hovuzları” olduqca çoxdur. Burada bir bloka daxil olan ümumi gəlirlər, hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Beləliklə, kompüterinizin gücünü digər istifadəçilərin gücü ilə birləşdirərək, daha çox qazana bilərsiniz. “Bitcoin” əldə etmək üçün digər bir imkan “Bitcoin” birjalarından mövcud valyuta qarşılığında məzənnəyə uyğun birbaşa əldə etməkdir.

Qeyd etmək lazımdır ki, “Bitcoin” ilə yanaşı, “Ethereum”, “Ripple”, “Monero”, “Zcash” kimi bir çox kriptovalyutalar da məşhurluq qazanıb.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın