Məqalələr

Böyük xəyalları və az vəsaiti olanlar

Böyük xəyalları və az vəsaiti olanlar
InvestAZ
Written by InvestAZ

 

Sual işarələri ilə zəngin olan gələcəyin Sizə hansı surprizlər hazırladığını öncədən təxmin etmək çətindir. Gələcəkdə yarana biləcək qayğılarınızı azaltmaq və xəyallarınızı həyata keçirmək üçün qənaət edirsiniz. Ancaq illər keçir, xəyallarınız böyüdükcə, qənaət etdiyiniz vəsaitlər istədiyiniz templə artmırsa, deməli yeni məcralara baş vurmalısınız. Məsələn, erkən yaşlarda pensiyaya çıxıb, dünyanı gəzmək kimi xəyallar o qədər də əlçatmaz olmamalıdır. Bu necə mümkündür?

Kiçik amma Sabit Addımlar

Sizi böyük xəyallarınıza çatdıracaq kiçik addımlar atın. Bunun üçün çox böyük işlərin altına girməyinizə ehtiyac yoxdur. Biraz sabitlik və iradə Sizə ehtiyacınız olanı verəcəkdir. Yəni Sizi xəyallarınıza yaxınlaşdıracaq hiss, hədəfə doğru yavaş-yavaş irəliləmək və heç vaxt ruhdan düşməməkdir. Məsələn, aylıq gəliriniz yüzdə birini yığaraq başlaya bilərsiniz. İlk mərhələdə gözünüzə çox kiçik kimi görünən bu hərəkətin bir neçə il sonra üstünlüyünü artıq hiss edəcəksiniz.

Xərcləmərimi azalda bilmərəm

Aylıq gəlirinizin tam yarısını xərcləyirsiniz? Ayrıca bir siyahı tutun və o zaman yersiz xərcləmələr etdiyinizi müşahidə edəcəksiniz. Qənaət edəcəyiniz kiçik məbləğlərin Sizə aylıq olaraq problem yaşatmayacağının şahidi olacaqsınız. Burada əhəmiyyətli olan bir anda böyük məbləğlərdən daha çox davamlı amma kiçik büdcələr müəyyən etməkdir. Yəni ən pis gününüzdə də kənarda topladığınız kiçik məbləğlərdən bəhs edirik. Bundan başqa, arada bir xərcləməkdən də qorxmayın. Əhəmiyyətli olan davamlı olaraq pul qənaət etmək bacarığınızı inkişaf etdirməkdir.

Mövsümi Xərc Planı

Qənaət etməyin ən mühüm şərti, xərclərinizi ətraflı olaraq bilməkdən keçir. Hara və nə qədər xərclədiyinizi bilmək tarazlıq qurmağınıza yardımçı olacaq. Xərclərinizin planını tərtib etməyinizi, büdcənizi daha planlı şəkildə idarə etməyə imkan verəcək.

Qəbzləri gözdən keçirin

Telefon danışıqlarında daha qənaətcil bir tarifə keçin və ya  alış-veriş zamanı daha münasib qiymətləri olan marketlərə üz tutun. Hətta ödənişlərinizi ətraflı olaraq incələsəniz, lazımsız xidmətlər üçün əlavə ödəniş etdiyinizin şahidi olacaqsınız.

Kənarda ehtiyat vəsaitinizin olduğunu unudun

Hər ay qənaət etdiyiniz kiçik vəsaitlər bir anda xərclənirsə, həmin vəsaitlər var olduğunu unudun. Bunun üçün vəsait toplamaq formasını dəyişmək və ya bir yatırım hesabı açmaq kimi praktik üsulları sınaqdan keçirə bilərsiniz. Beləliklə, pula ehtiyacınız olduğu gözlənilməz hallarda həqiqətən ehtiyacınızın olduğunu mühakimə edəcək imkanınız olacaq.

Sınaqdan keçirməkdən qorxmayın

Maliyyə bazarlarında vəsaitlərinizi dəyərləndirmək istəyir, ancaq risk etməkdən çəkinirsinizsə, Təlim hesabı ilə təcrübə toplayın. Bazarlarda real ticarət hesabı ilə əməliyyat etmədən əvvəl istifadə edəcəyiniz təlim hesabında mənfəət və zərər virtualdır. Real bazar şəraitində risk etmədən ticarət etməklə, bazar üzərindəki təcrübənizi inkişaf etdirə bilərsiniz.

 

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın