Məqalələr

Elon Musk Twitter-i 44 milyard dollara aldı.

Written by InvestAZ

25 Aprel  Elon Musk Twitter -i qırx dörd milyard dollara satın aldı. Tesla-nın direktoru və dünyanın ən zəngin adamı olan Musk, sosial media şirkətini özəlləşdirməyi planlaşdırır. O Twitter-in demokratiyanın təməli olan azad söz prinsiplərinə daha yaxından riayət etməsini istədiyini söyləyib. 

Elon “Mən həmçinin məhsulu yeni xüsusiyyətlərlə təkmilləşdirmək, etibarı artırmaq üçün alqoritmləri açıq mənbə etmək, spam botları ləğv etmək və bütün insanların autentifikasiyası ilə Twitter-i həmişəkindən daha yaxşı etmək istəyirəm.” deyə söyləyib. 

Twitter-də 80 milyondan çox izləyicisi olan Musk artıq illərdir ki, xidmətlə bağlı hisslərini bölüşür. Onun keçmiş tvitlərinə əsaslanaraq, alış müqaviləsi tənzimləyicilər tərəfindən təsdiqlənərsə, Twitter-dəki dəyişiklikləri bu cür ehtimal edirik:

1. Məzmun qadağalarının yumşaldılması

Musk dəfələrlə Twitter-i müasir dövrün “de-fakto ictimai şəhər meydanı” adlandırıb – ictimai forumun rəqəmsal ekvivalenti. Bu məqsədlə o  2021-ci il yanvarın 6-da ABŞ Kapitolinin binasında baş verən üsyandan sonra  Twitter-in keçmiş prezident Donald Trampın sayta daxil olmasını həmişəlik qadağan etmək qərarını tənqid edib.

Onun  hətta Trump-ın Twitter hesabını bərpa edəcəyi düşünülür, keçmiş prezidentin bu hesabı yenidən istifadə edib-etməyəcəyi bəlli olmasa da. 

Musk Starlink adlı peyk internet startapında  “bəzi hökumətlərin (Ukrayna deyil)” Rusiyadan gələn xəbər yayımlarını bloklamaq tələblərini də rədd edib, cavabında.  O bu təklifə “Silah gücü olmadan bunu etməyəcəyik”  deyib və  “Azad söz tərəfdarı olduğu üçün” üzr istəyib. 

2. Alqoritm dəyişiklikləri

Maskın keçmişdə qaldırdığı başqa bir məqam isə cəmiyyətin formalaşmasında Twitter-in roludur.

O, keçən ay izləyiciləri arasında Twitter-in alqoritminin “açıq mənbə” olmasının vacib olub-olmaması ilə bağlı sorğu keçirib. “Açıq mənbə” sərbəst şəkildə yayılan və bir çox müxtəlif iştirakçılar tərəfindən açıq şəkildə idarə oluna bilən proqram təminatı üçün bir termindir. ​​Texniki səslənə bilər, amma bu ideya da onun azad sözlə bağlı hissləri ilə bağlıdır.

“Mən “Twitter alqoritmində” de-fakto qərəzin ictimai müzakirəyə böyük təsir göstərməsindən narahatam”  deyə Musk bir izləyicisinə yazmışdı. “Həqiqətən nə baş verdiyini necə bilək?”

3. Spam botların silinməsi

Musk-ın təkliflərindən bəziləri onun Twitter-dən şəxsi istifadəsini də rahatlaşdırmaq üçündür. Məsələn, o,  “kripto spam botlarından”  xilas olmaq istədiyini bildirib. Çünki özü də onun adından istifadə edib, belə spam-ları yayanlardan qurtulmaq istəyir.

Musk Twitter-də spam problemini  “ən zəhlətökən yeganə problem ” adlandırıb. O, hətta  açıq şəkildə Twitter  -dən məsələ ilə bağlı bir tədbir həyata keçirməsini xahiş etmişdi.

Aprelin 14 – də TED 2022-ə verdiyi müsahibədə Musk bu məsələni Twitter-in yeni sahibi olaraq dəyişəcəyi ilk şey kimi qələmə verdi. “Mənim əsas prioritetim spam və fırıldaqçı botları və Twitter-də olan bot ordularını aradan qaldırmaqdır” dedi. “Onlar Twitteri daha da pisləşdirirlər.” deyə Musk bildirib. 

4. Redaktə düyməsinin əlavə edilməsi

Musk Twitter istifadəçilərinin illərdir tələb etdiyi redaktə düyməsinin tərəfdarıdır. O,  Twitter-in nə vaxtsa öz xidmətinə redaktə funksiyası əlavə edəcəyinə dair uzun müddətdir davam edən müzakirələri dəstəkləyib. İstifadəçilər, ən azı, əsas orfoqrafik səhvləri və ya səhv linkləri dərc etdikdən dərhal sonra editləyə bilməlidirlər. Onun 80 milyondan çox izləyicisi keçən ay keçirdiyi sorğuda funksiyanın əlavə edilməsinə böyük dəstək göstərib.

Qeyd edək ki, Twitter bu yaxınlarda  bir müddətdir ki, funksionallıq üzərində işlər gördüyünü bildirib.

Sosial şəbəkələrdə bu mövzu ilə bağlı Elon-a “TikTok və Facebooku da al və tamamilə ləğv et” kimi təkliflər gəlir. Hətta Musk özü Twitter hesabında “sıra Facebook-dadır onu alıb bağlayacam deyə paylaşım etmişdi.

Müəllif haqqında

InvestAZ

Şərh yazın