X

Fibonaççi Səviyyələri necə oxunur?

Fibonaççi Səviyyələri necə oxunur?

İnsan, toxunduğu hər yerdə hər hansı bir iz qoyur. Bu iz görüləcək, hiss olunacaq, dərk ediləcək hər bir şey ola bilər. İnsan tərəfindən qurulmuş bazarlarda da müxtəlif izlər görülmüş və görülməkdə də davam edir.

13-cü əsrdə yaşamış dahi riyaziyyatçı Leonardo Fibonaççi, etdiyi müşahidə və araşdırmalar nəticəsində açar funksiyasını daşıyan müəyyən say ardıcıllığını ortaya çıxarır. Bu ardıcıllığa Fibonaççi Səviyyələri deyilir. Belə ki, təbiətdə, insan bədənində, insan əlinin toxunduğu yerlərdə bu ardıcıllıqlar mövcuddur.

Fibonaççi Ardıcıllığı və Səviyyələri Nədir?

Fibonaççinin kəşf etdiyi ardıcıllıq bu formada işləyir: İlk olaraq 1 və 2 rəqəmləri götürülür. Sonra, 1 və 2 – ni toplayıb 3-cü işçi olan 3 rəqəmi əldə edilir. 4-cü işçi üçün isə 2 və 3 rəqəmləri toplanır və 5 rəqəmi əldə olunur. Qısa olaraq qeyd etsək, ardıcıllıqdakı ən sonuncu rəqəm ilə əvvəlki rəqəm toplanaraq ardıcıllığın növbəti işçisi əldə olunur.

1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, …

Ardıcıllıq bu şəkildə davam edir, amma ən əsas xüsusiyyəti 30-cu sırada ortaya çıxır. Bu andan etibarən, ən sonuncu rəqəmin bir əvvəlki rəqəmə bölünməsi 1.618 rəqəmini əmələ gətirir və bu dövr davam edir. “Qızıl nisbət” kimi bildiyimiz bu rəqəmin əldə olunması bu ardıcıllığın ən əhəmiyyətli xüsusiyyətidir. Amma forex bazarında ardıcıllığın bu xüsusiyyətindən başqa xüsusiyyətləri də ortaya çıxır. Məsələn, hər hansı bir rəqəmin sonrakı rəqəmə və davam edən bir neçə rəqəmə bölünməsi diqqət cəlb edən bir vəziyyət meydana gətirir.

%23.6, %38.2, %50, %61.8, %100

Bu faizlər birja əməliyyatlarında, forex bazarlarında, valyuta mübadilələrində və ya hər hansı bir qrafiki analiz etdiyiniz anda qarşınıza çıxa bilər. Amma bunların dərk edilməsi diqqət və səbr tələb edir.

Forex əməliyyat platformasında “charting” üsulu ilə ortaya çıxarılan qrafik və əyrilər, Fibonnaççi Səviyyələri üçün xüsusu vasitə olsa da, hamısında nəticə eynidir. Yəni bu ardıcıllığın qrafikə əks etdirilməsi sadədir, amma işin səbr tələb edən hissəsi buradan sonra başlayır. Birincisi, hər bir əyrinin bu ardıcıllıqda düzəltmə hərəkəti etmək məcburiyyətinin olmadığını bilmək lazımdır. İkincisi, əyrinin 23.6%-dən sonra 32.8% ondan sonra 50% formasında uzanan ardıcıllığı da yoxlaya biləcəyini də unutmamaq lazımdır. Bu düzəlişlər qrafikdəki yüksələn trendə sahib əyridə də, enən trendə sahib əyridə nəzərə çarpır. Amma bunları ortaya çıxamaq üçün investisiya savadımızdan başqa səbrli və diqqətli olmalıyıq.

Categories: Məqalələr
InvestAZ:
Related Post