Məqalələr

Sizi riskdən qoruyacaq 5 Maliyyə aləti

Səhm necə alınır?
InvestAZ
Written by InvestAZ

Yüksək risk daha çox gəlir əldə etməyi təmin etməsi ilə bərabər, eyni zamanda daha çox zərər etməyinizə də səbəb ola bilər. Daha çox risk etmədən, uzun müddətli investisiya etmək, əmin addımlarla irəliləmək növbəti addımınızın gətirəcəklərinə daha hazırlıqlı olmağınıza yardımçı olur. Fərqli maliyyə alətləri ilə fərqli formalarda vəsaitlərinizi qiymətləndirə və portfelinizi çeşidləndirə bilərsiniz.

Səhmlər (STCKs)

Səhmlər, bir şirkətin sahiblik və idarəolunmasında iştirak hüququ təmin edən yüksək likvidliyə malik qiymətli kağızlardır. Mübadilə imkanına sahib olması isə səhmlərin ən böyük üstünlüklərindən biridir. Səhmləri, orta riskli maliyyə alətidir və bazar iştirakçılarına çox geniş seçimlər verə bilər. Həm sektor həm də şirkət səhmləri əsasında bir çox alternativ əməliyyatlar icra edə, şirkətlərin fərqli strategiyaları sayəsində zəngin bir portfelə sahib ola bilərsiniz.

Fondlar (FUNDs)

Bu gün, inkişaf etmiş maliyyə bazarlarında tək bir maliyyə aləti ilə sadəcə müəyyən bir aktivə deyil, eləcə də bütün bir ölkəyə və ya sahəyə sərmayə yatırmaqla risklərinizi minimuma endirə bilərsiniz. Fondları peşəkar komandalar tərəfindən idarə edilir və bazarlarda yarana biləcək anlıq hərəkət və risklər qarşısını almaq üçün lazımi addımlar atırlar. Fondlar əldə olunan mənfəətin nağdlaşdırılması baxımından da olduqca əlverişli maliyyə alətidir.

Birja Fondları (ETFs)

Birja İnvestisiya Fondları, bir və ya bir neçə aktivdən ibarət qrupa investisiya etməklə, risk səviyyəsini azaldaraq, investisiya edilən bazardan gəlir əldə etmək imkanı təmin edir. Birja investisiya fondları bazasında yer alan aktivlər investora ötürülür. Bu maliyyə alətləri də səhmlər kimi asan alınıb satılan və hər an nağdlaşdırıla bilən maliyyə alətidir.

Notlar (NOTEs)

Notlar adətən qısamüddətli olub, Mərkəzi Bank tərəfindən pul siyasəti və maliyyələşmə ehtiyaclarını qarşılamaq üçün emissiya edilən qiymətli kağızdır. Notlar vaxtında əvvəl nağlaşdırıla bilən likvid maliyyə aləti olması ilə yanaşı xəzinə notları əməliyyatlarında vergi üstünlüyündən faydalanmağa da imkan verir.

İstiqrazlar (BONDs)

İstiqrazlar layihələrin və ya büdcə kəsrinin maliyyələşdirilməsi üçün şirkətlər və ya hökumətlər tərəfindən buraxılan orta və uzun müddətli qiymətli kağızlardır. Dövlətlər tərəfindən buraxılan belə qiymətli kağızlar olduqca likvid və aşağı riskli maliyyə aləti olunurlar. İstiqrazlar müddət sonunda və ya periodik olaraq sabit gəlir və kupon ödəmələri təmin edən ənənəvi, uzunmüddətli maliyyə alətidir. İstiqrazı alan şəxs istiqrazı bazara çıxaran şirkətin gəlir və zərər riskinə heç bir şəkildə aidiyyat olmur. İstiqraz sahib müddətin sonunu gözləmən belə qiymətli kağızı nağdlaşdıra və qiymət dəyişikliyindən faydalanaraq gəlir əldə edə bilər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın