Forex

Foreks ilə pul qazanmaq mümkündür?

Foreks ilə pul qazanmaq
InvestAZ
Written by InvestAZ

Milyonların marağını çəkən Foreksdə sərmayə edərək pul qazanmaq bir çoxlarının istəkləri arasındadır. Lakin, burada həqiqətən də pul qazanılırmı, bazarda pul qazananlar varmı kimi sualların cavabları maraq edilməkdədir. Bu mövzuda daha çox xarici treyderlərin adını eşidirik. Buna görə burada pulun qazanılmadığını düşünənləri anlamaq olar.
Foreks bazarında pul qazanmaq düşünüldüyü qədər də çətin deyil. Çünki, bazarın quruluşu və fəaliyyəti digər birjalardan daha sadədir. Kompleks quruluşda olmaması investorlar üçün olduqca əlverişli bir vəziyyət yaradır. Eyni şəkildə, digər bazarlardan fərqli olaraq cəlbedici imkanlara sahib olması, qazanc əldə etməyi daha da asanlaşdırır. Ancaq bu mövzuda həqiqətən yaxşı biliklərə sahib olmaq, təcrübə toplamaq lazımdır.
Bəs, foreks ilə pul qazanmaq üçün bilinməsi lazım olan nüanslar nələrdir? Gəlin birlikdə öyrənək.

Foreksdə AL-SAT əməliyyatının necə olduğunu bilin

Foreks bazarında alış – satış məntiqini bilmədən icra edilən əməliyyatlarda itkilərlə qarşılaşa bilərsiniz. Məntiq mübadilə məntəqələrində aparılan əməliyyatlarla demək olar ki, eynidir. Yeganə fərq ondadır ki, əməliyyatlar fiziki deyil, onlayn ticarət platformaları vasitəsi ilə aparılır. Beləliklə, internet bağlantısı olan cihazlar vasitəsilə bazara qoşularaq əməliyyatlarınızı anında həyata keçirə bilərsiniz. Foreks ilə necə ticarət etmək barədə məqaləmizdən ətraflı məlumat əldə edə bilərsiniz.
Foreksdə əməliyyatlar yerləşdirilmiş sifarişlərə uyğun olaraq həyata keçirilir. Platforma üzərindən alış əmri versəniz, alış istiqamətində mövqe meydana gətirmiş olursunuz. Eyni şəkildə satış istiqamətində əmr verdiyinizdə isə satış edirsiniz. Bu əmrlərdən başqa foreksdə digər əmr növləri də mövcuddur. Məsələn, saxlama əmr növlərində qiymətin müəyyən bir səviyyəyə gəldiyi zaman açıq əməliyyatları bağlamaq məqsədi ilə istifadə edə bilirsiniz. Beləliklə, bazarda riskləri minimuma endirərək maksimum gəlirə nail ola bilərsiniz.

Foreks bazarlarına təsir edən faktorları izləyin

Forex bazarı qlobal quruluşu etibarı ilə iqtisadi və siyasi və digər dəyişikliklərdən təsirlənməkdədir. Eyni şəkildə yalnız bazar deyil, investisiya alətləri də buna görə dəyişiə bilir. Bu səbəblə foreks bazarına təsir edən hadisə və faktorlar haqqında məlumat sahibi olmalısınız. Bu mövzuda hər cür dəyişikliyin bazar üzərində təsirli olduğunu bilməlisiniz. Əsasən qeyd etmək istərdik ki, xüsusilə mərkəzi bankların siyasətini izləməlisiniz. Çünki, hətta qəbul edilən qərar və gözləntilər də qiymətlərin formalaşmasında təsirli olur. Bazarın eniş, yoxsa yüksəliş meylində olacağını bilmək üçün iqtisadi təqvimləri daimi nəzərdə saxlamalısınız.
Forex bazarı qlobal quruluşu etibarı ilə iqtisadi və siyasi və digər dəyişikliklərdən təsirlənməkdədir. Eyni şəkildə yalnız bazar deyil, investisiya alətləri də buna görə dəyişiə bilir. Bu səbəblə foreks bazarına təsir edən hadisə və faktorlar haqqında məlumat sahibi olmalısınız. Bu mövzuda hər cür dəyişikliyin bazar üzərində təsirli olduğunu bilməlisiniz. Əsasən qeyd etmək istərdik ki, xüsusilə mərkəzi bankların siyasətini izləməlisiniz. Çünki, hətta qəbul edilən qərar və gözləntilər də qiymətlərin formalaşmasında təsirli olur. Bazarın eniş, yoxsa yüksəliş meylində olacağını bilmək üçün iqtisadi təqvimləri daimi nəzərdə saxlamalısınız.

Foreksdə pul qazanma üsulları nələrdir?

Foreksdə pul qazandıran üsullar çoxdur. Bu mövzuda hər metodun doğru bir şəkildə tətbiq olunması üçün fərqli strategiyalar sizə daha faydalı ola bilər. Bunun üçün bu sahədə bilik və təcrübənizin müəyyən bir nöqtəyə çatması tamamilə zəruridir. Əgər maliyyə bazarlarında yenisinizsə və investisiya etməyə risk etmirsinizsə pulsuz təlim hesabları sayəsində foreksi araşdıra bilərsiniz. Bu həmçinin, sizin daha təcrübəli olmağınıza zəmin yaradacaq və gələcək ticarətinizi daha gəlirli edəcəkdir.
Pul qazandıracaq strategiyalarınızı inkişaf etdirməyiniz baxımından demo hesablar həqiqətən də əvəzsiz bir təklifdir.. Buna səbəb əməliyyatların virtual pul vasitəsilə risksiz həyata keçirilməsidir. Bu şəkildə nə hər hansı pul ödəyəcəksiniz, nə də təlim hesabında qazanc əldə edəcəksiniz. Təlim hesabları, investorların özlərini inkişaf etdirmək, səhvlərinin qarşısını almaq və strategiyalar hazırlamaq məqsədi ilə təklif olunur. Forex demo hesabını kompüterinizə və ya mobil cihazınıza yükləyə bilərsiniz.

Nəticə olaraq Foreksdə pul qazanmaq mümkündür. Məqaləmizdə bu mövzuda nəzərə alınmalı olan prioritet məsələlərə diqqət yetirdik. Əlbəttə ki, qazanc əldə etmək üçün ən əsas məsələlərdən başlayaraq tədricən irəliləməlisiniz. Bu səbəblə şirkətlərin təqdim etmiş olduğu başlanğıc təlimlərdən faydalanmalısınız. Ardından mərhələ-mərhələ digər səviyyələrə keçməlisiniz. Bundan əlavə, praktikliyinizi artırmaq üçün demo hesablarından istifadə etməlisiniz. Real hesaba keçməklə vəsaitlərinizi dəyərləndirmək və peşəkarlar kimi ciddi əlavə gəlirlər əldə etmək imkanından istifadə edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın