Forex

FOREX-də ticarət edənlər harada səhv edirlər

FOREX-də ticarət edənlər harada səhv edirlər
InvestAZ
Written by InvestAZ

Əslində FOREX haqqında danışıldığı kimi “İtirənlərin Klubu” kimi tanınan maliyyə bazarı deyildir. Televiziyadan izlədiyiniz, qazet və internetdən oxuduğunuz, radiolardan dinlədiyiniz uğurlu FOREX hekayələrini xatırlayın. Bəs yaxşı bu bazarda itgi ilə üzləşənlər? Onlar harada səhvə yol veriblər və onların yol verdiyi bu səhvlərdən necə yan keçmək olar?

FOREX-də itki nə deməkdir?

Kredit çiyni dəstəyi iə ticarət əməliyyatları həyata keçirilən FOREX ticarət terminalları “anlıq” əməliyyatların təsirini sürətlə göstərən hüquqi və real bir mexanizmə malikdir. Heç kimsənin nə olduğunu bilmədiyi və ya heç bir şəkildə anlamadığı maliyyə bazarlarında baş verən dalğalanmaları tamamilə şans faktoruna bağlamaq doğru deyil. Qiymətli Kağızrlar üzrə Dövlət komitəsinin broker lisenziyası olan bir şirkətlə əməkdaşlıq etdiyiniz zaman və ya aktivlərin idarə olunması üzrə mütəxəssis ilə məsləhətləşdiyiniz zaman hər hansı bir gözlənilməz hadisə ilə üzləşməyəcəksiniz. Yəni FOREX dediyimiz zaman sadəcə olduğunuz ölkənin bazarını deyil, dünya bazarlarını daha düzgün incələyən, təcrübəli və ağıllı bir komanda işi kimi nəzərdə tutularsa, o zaman itgidən çox gəlir gətirən bir ticarət terminalından bəhs etmiş olarıq.

Nə zaman itgiyə yol verilir?

Hər bir işdə olduğu kimi burada da həm gəlir, həm də zərər var. Üstəlik bu bazarda nə qədər çox gəlir əldə etmək istədiyiniz, bir o qədər zərər etmə riskiniz arta bilər. Nümunə: Pip dəyərləndirməsini yaxşı anlamadığınızda, strategiya olmadan əməliyyat icra etdiyinizdə, müştəri təmsilçinizlə məsləhətləşmədik də, aktivlərin idarəçiliyini düzgün qurmadıqda və ya avtomatik ticarət əmrlərinə vərdiş edərək ticarət etdikdə, zərər etmə riskiniz arta bilər. Texniki analizlərə sərf etdiyiniz vaxtı boşa xərclənən vaxt hesab edirsinizsə, qrafikləri incələməyib sadəcə göz gəzdirirsinizsə, o zaman bu bazarda gəlir əldə etmə yolundan uzaqsınız.

Hər şeyi doğru etdiyimə ƏMİNƏM

“Hər şeyi doğru etdim” deyirsinizsə; Tək başınıza etmisiniz. Əməliyyatlarınızı akkumulyativ bir şəraitdə etdiyinizi heç də unutmamalısınız. Kredit çiyni ilə ticarətdən, kor təbii şəkildə istifadə edildikdə, bu bazarda çox böyük bir təsir yarada bilər. Bir çox əməliyyatın, təsadüfi və ya sistemli bir şəkildə bir istiqamətə yönləndirilməsi, əks istiqamətdə əməliyyat açmış bazar iştirakçılarına böyük zərər yarada biləcək gücünə malikdir.

XAOS vəziyyətində gəlir əldə etmək mümkündürmü?

Bəli, XAOS vəziyyətində FOREX bazarında gəlir əldə etmək mümkündür. Dünyanın ən məhşur treyderlərindən biri olan Bill Williams-ın yatırım psixologiyası ilə XAOS Nəzəriyyəsi və onun bazarlar üzərində təsirindən bəhs edən “XAOS-da Qazandıran Yatırım” adlı kitabını oxumaqla, bu istiqamətdə biliklərinizi təkmilləşdirə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın