Forex

InvestOR Platformasının və MT 4 Ticarət Terminalının oxşar və fərqli cəhətləri

InvestOR Platformasının və MT 4 Ticarət Terminalının oxşar və fərqli cəhətləri
InvestAZ
Written by InvestAZ

Bütün FOREX əməliyyatları internet vasitəsilə həyata keçirilir və bu əməliyyatlarını həyata keçirmək üçün müxtəlif ticarət terminalları mövcuddur. Bu ticarət terminallarından ən çox istifadə olunanı isə MetaTrader4 terminalıdır. MetaTrader 4 ticarət terminalı vasitəsilə maliyyə bazarlarına qoşularaq bütün ticarət əməliyyatlarınızı həyata keçirə bilərsiniz.

Hər bir əməliyyat sistemlərinə uyğundur

MetaTrader4 ticarət termianlı, Windows və iOS əməliyyat sistemli cihazlara asanlıqla quraşdırıla bilər. Həm web, həm də mobil telefonlara yükləyə biləcəyiniz tətbiqlər sayəsində istədiyiniz yerdə ticarətinizi həyata keçirə bilərsiniz. Tək ehtiyacınız olan internet bağlantısıdır.

5 gün 24 saat ticarət

Dünyada ən çox istifadə olunan MetaTrader 4 ticarət terminalı ilə 5 gün 24 saat ticarət əməliyyatları icra edə bilərsiniz. Tam olaraq sərbəst ticarət etməyinizi təmin edən MetaTrader 4 ticarət terminalını, öz istəklərinizə uyğun olaraq tənzimləyərək istifadə bilərsiniz. İstər FOREX bazarında ticarət edən yeni treyder olun, istərsə də peşəkar investor, ticarət terminalının geniş funksionallığından istifadə edərək özünüzə işlərinizi ticarət əməliyyatlarınıza rahatlıq gətirə bilərsiniz.

Analiz alətləri əlinizin altında

Meta Trader 4 işlem platformu, teknik analizlere de kolayca ulaşmanıza imkan sağlar. Fiyat grafikleri üzerinden teknik bilgiler sunan platform, teknik analizleriniz için size sınırsız kapılar açar. Siz forex piyasası ve teknik altyapısı konusunda ne kadar derinleşirseniz, Meta Trader’ın da size söyleyecekleri o oranda zenginleşir.

MT4 ticarət terminalı, texniki analizlər etməyinizə imkan yaradan bir funksionallığa sahibdir. Qiymət qrafikləri üzərindən texniki məlumatları istifadə etməyə şərait yaradan terminal, texniki analizlər etməyiniz üçün Sizə geniş imkanlar təqdim edir. Siz FOREX bazarı və texniki infrastrukturu mövzusunda nə qədər dərinə getsəniz, MT4 ticarət terminalının Sizə göstərəcəkləri bir o qədər zəngin olacaq.

Hesabatlar

Ticarət əməliyyatlarınızın tarixçəsini bir kliklə ekranınıza gətirən MetaTrader 4 ticarət terminalı, ehtiyacınız olan məlumatları rahatlıqla əldə etməyinizi təmin edir. Bu funksiya vasitəsilə keçmişdə icra etdiyiniz əməliyyatlarınızı incələyərək, gələcək ticarət strategiyalarınıza müvafiq dəyişikliklər edə bilərsiniz.

InvestOR Yatırım Platforması

Tamamilə InvestAZ şirkəti tərəfindən hazırlanan InvestOR Yatırım Platforması, birdən çox FOREX hesabınız tək bir ekrandan idarə etməyinizi təmin edəcək bir platformadır. Bütün vəsaitlərinizin tək ekranda olduqdan sonra, Sizə sadəcə ticarət strategiyanızı təkmilləşdirmək və bazarda baş verən hadisələrə fokuslaşmaq qalacaq.

İstəklərinizə uyğunlaşdırın

InvestOR Yatırım Platformasını ticarət vərdişlərinizə görə tənzimləyə bilərsiniz. İstəyinizə uyğun tənzimlədiyiniz platforma sayəsində həftə sonları və bayram günləri daxil olmaqla, hesabınıza 7/24 mədaxil/məxaric edə bilərsiniz.

Dünyada İlk və Tək

Dünyada ilk və tək investisiya platforması olan InvestOR ilə rahatlıqla hesabınızı InvestAZ şirkətinə köçürə bilərsiniz. Üstün texnologiya və funksionallıq sayəsində, açıq əməliyyatlarınızda heç bir dəyişiklik olmadan, FOREX hesabınızı 5 dəqiqəyə InvestAZ-a köçürə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın