Məqalələr

Məzunlar büdcələrini necə formalaşdırmalıdırlar?

InvestAZ
Written by InvestAZ

Əyləncəli və bir az da çətin tələbəlik illəri başa çatdı. Artıq həyatınızın iplərini əlinə alan və maliyyə vəziyyətinizə nəzarət edə biləcək məzunsunuz. Öz ayaqları üstündə duran, vəsaitlərinin hesabatını aparan bir vətəndaş kimi yetişmisiniz. Məsuliyyətli və bir qədər də çətin görünən bu yola, yəni maliyyəni idarə edənlərin dünyasına xoş gəldiniz.

İllik Büdcə Planlaması

Büdcə planlaması etmək, vəsaitlərin idarə edilməsini planlı şəkildə həyata keçirmək deməkdir. Bu vəsaitlərinizlə edəcəyiniz ən önəmli işdir və tək ehtiyacınız olan bir neçə sadə düsturdur. İllik büdcənizi müəyyən edin və bu büdcənin 50%-ni gündəlik xərclərə, 30%-ni əyləncəyə, 20%-ni isə qənaət etməyə ayırın. Unutmayın ki, uğurlu bir büdcə planı formalaşdırmaq üçün öncə gündəlik ehtiyaclarınızı və əyləncə xərclərinizi müəyyən etməlisiniz.

Gəliriniz nə qədərdir?

Büdcə planlamasını formalaşdırmaq üçün ilk öncə gəlirinizi bilməlisiniz. Bunun üçün hesabınızda olan rəqəmi gözdən keçirin. Gözlənilməz hallardan qaçmaq üçün isə sabit olmayan gəlirləri və ya əlavə gəlirləri büdcə hesablanmasına daxil etməyin.

Gündəlik ehtiyaclarınız nə qədərdir?

Bir-bir zəruri xərclərinizi illik və aylıq olaraq hesablayın. Bunlara nələr daxil ola bilər: ev kirəsi, kreditlər, kommunal xərclər, yol xərcləri, tibbi xərclər və vergilər. Sizin üçün daha aydın olması üçün bütün zəruri xərclərini daha detallı olaraq yaza bilərsiniz. Hər növbəti il indiki zəruri xərclərinizlə keçən il olan zəruri xərclərinizi müqayisə edin.

Əyləncə xərcləri nə qədərdir?

Zəruri xərclərdən sonra sıra əyləncə xərclərinə gəlir. Bu xərclər sırasına konsertlər, teatrlar, universitet və ya iş yoldaşlarınızla axşam yeməkləri, tətillər və digər abunəlik xərclər daxil ola bilər. İnsanın əyləncələrə xərclədikləri vəsaitlər büdcənin çox hissəsini tutduğu üçün bu kimi xərclərə diqqət etməyiniz lazımdır. Bu kimi xərclər Sizin büdcənizin 30%-dən çoxunu təşkil etməməlidir.

Qənaət etmək xərcləməkdən daha dəyərlidir.

Karyera pillələrinin başlanğıcında olan məzun, ilk addımlarını doğru atarsa, daha sonra bunun bəhrəsini görəcək. Pul qazanmaq qədər, onu düzgün idarə etmək də vacibdir. Qənaət etməyiniz gələcəkdə rahat olmağınıza şərait yaradacaq. Vəsaitlərinizi doğru şəkildə dəyərləndirmək üçün yatırım hesabı aça bilərsiniz. İdeal büdcə planı formalaşdırmaq üçün gəlirinizin 20%-ni ehtiyat üçün saxlayın. Vəsaitlərinizi doğru idarə edin və iqtisadi rahatlığın zövqünü yaşayın.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın