Məqalələr

İnvestisiya üçün ən ideal məbləğ nə qədərdir?

Written by InvestAZ

Yatırım dünyasına girmək istəyən insanların ağlına ilk gələn – “Birjaya nə qədər pul qoymalıyam?“ ”İdeal investisiya məbləği nə qədər olmalıdır?” kimi suallardır. Maliyyə bazarlarında ticarət edən hər kəs üçün ideal investisiya məbləği fərqlidir. Hər şeydən öncə siz öz yatırımməbləğinizi müəyyənləşdirməlisiniz. Gəlirinizdən xərclərinizi çıxarıb keçmiş yığımlarınızı da əlavə edərək yatırım məbləğinizi hesablaya bilərsiniz. Buna uyğun olaraq, siz öz ideal investisiya məbləğinizi özünüz təyin edə bilərsiniz.

Maliyyə bazarlarında ticarətə çox pulla girməliyəm?

Kredit çiyni dərəcələri sayəsində kiçik məbləğlərlə daha böyük həcmdə ticarət edə bilərsiniz. Maliyyə bazarında hər büdcəyə uyğun seçim var. Təbii ki, 200 AZN ilə əməliyyatın mənfəət/zərər həcmi ilə 20.000 AZN-lik əməliyyatın həcmi fərqlidir. Buna görə də ticarətə başlamazdan əvvəl siz bazar haqqında geniş və dəqiq məlumat almalı və kapital bazarı üzrə təlim keçməlisiniz  . Sonra şəxsi investisiya strategiyanızı yaratmaq üçün nə qədər büdcə ayıra biləcəyinizi və nə qədər qazanc əldə etməyi hədəflədiyinizi müəyyənləşdirməlisiniz. 

Maliyyə bazarlarında hər kəs kimi davranmayın, siz fərqlisiniz.

Qeyd etdiyimiz kimi, hər kəsin investisiya strategiyası və bazar gözləntiləri fərqlidir. Başqalarından eşitdiyiniz məlumatlara inanıb investisiya qoysanız, çox məyus ola bilərsiniz. Ətrafınızda kiçik bir sərmayədən böyük qazanc əldə edən insanlar və ya bütün yatrımlarını kapital bazarına atıb çox qazanan insanlar ola bilər. Bunlar hamısı ehtimal olunan hadisələrdir. Ancaq kapital bazarları sahəsində mütəxəssis olmayan insanlardan əldə etdiyiniz məlumatlarla, 10 AZN-lik bir səhmdən 1000 AZN qazanmağı xəyal edərək bazara daxil olsanız, çox güman ki, bunun bu qədər sadə olmadığını görəcəksiniz. Daha da pisi, bütün yatırımlarınızı bazara qoyub ciddi itkilər verə bilərsiniz. Kiminsə qazanc əldə etdiyi bazar aləti sizin üçün uyğun olmaya bilər. Büdcəniz, uzunmüddətli və ya qısamüddətli investisiya qoymağınızdan asılı olmayaraq, nə qədər risk götürə biləcəyinizi, nə qədər qazanc əldə etməyi hədəflədiyiniz və bu kimi dəyişənlər insanlar arasında çox fərqli ola bilər. Odur ki, şayiələrə aldanıb ticarət etməyin, investisiya mütəxəssislərinə müraciət edin. 

Bütün pulunuzu yatırmayın.

Həmişə pulunuzun bir hissəsi ilə ticarət edin, digər bir hissəsinə toxunmayın. Kapital yatırarkən, kiçik məbləğlərlə ticarət etmək və qazanc əldə etdikcə bu məbləği artırmaq ən əlverişlidir. Əgər siz bazara yeni gəlmisinizsə, səhv etmək ehtimalınız yüksəkdir. Bu səbəbdən kiçik investisiya əməliyyatlarında səhv etsəniz, itkiniz daha az olacaq və gələcəkdə daha inamlı addımlarla investisiya edə biləcəksiniz. Kapital bazarının şərtlərini görmək və özünüzü sınamaq  üçün sınaq hesabı aça bilərsiniz , özünüzü təkmilləşdirdikdən sonra öz investisiya strategiyanız üçün ideal investisiya məbləğinin nə olduğuna daha dəqiq qərar verə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

Şərh yazın