Məqalələr Yatırım

İnvestorun özündən soruşmalı olduğu 5 sual

İnvestorun özündən soruşmalı olduğu 5 sual
InvestAZ
Written by InvestAZ

Birja və Forex bazarı, internetin artıq həyatımızın çox hissəsini əhatə etməsiylə, investorların güclü qazanc yollarından biridir. Maliyyə bazarları, sərmayəsini qiymətləndirmək istəyən investorlara müxtəlif fürsətlər təqdim edir. Bu fürsətləri qiymətləndirərək, kapital üzərində dəfələrlə danışılacaq sərmayəçiləri, özlərinə soruşmaları lazım olan bəzi suallar gözləyir. Xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün hər investorun özünə soruşması və cavablandırılması lazım olan o suallar …

Yatırım hədəfim nədir?

Bir investor sərmayəsini qiymətləndirməyə qərar vermişsə, hədəflərini də yaxşı təyin etməlidir. Investisiyaya nə qədər zaman ayıra biləcəyini, sərmayədən gözlədiyi orta qazancı və investisiya etmənin əsas məqsədini əvvəl özünə açıqlamalıdır. İnvestor bu mövzuda nə qədər istəkli olduğunu ölçərək, özünə dəqiq hədəflər təyin etməli və investisiya planını ona görə təşkil etməlidir.

Kapitalımın nə qədərini yatırmaliyam?

İnvestor, hədəflərini təyin edərkən iqtisadi vəziyyətinə görə addımlar atmalıdır. Başlanğıc sərmayəsini təyin edərək, bu sərmayə üzərindən nə qədər xeyir və ya zərər edə biləcəyinin təxmin etməsi bəlkə də ən əhəmiyyətli addımdır. Etdiyiniz əməliyyat planının sərmayənizin uyğun olduğunu nəzarət etməli və hər zaman investisiya miqdarınızı tarazlıqda tutmalısınız Yeni bir yatırımçısınzsa, Forex-in ehtimallar daxilində gedən bir bazar olduğunu nəzərə alaraq, sərmayənizin miqdarına və bu məbləği idarə etməyinizə diqqət edin.

Bazar şərtlərini analiz edə bilərəmmi?

Yaxşı bir investorun bu suala cavabı, “bəli” olmalıdır. Çünki bir investorun ən güclü silahı, bazarları oxuya bilməsi və şərtlərə görə hərəkət edə bilmə qabiliyyətidir. Əgər var olan uğur hekayələrini bir yenisini əlavə etmək istəyirsinizsə, söz-söhbətlərə görə hərəkət etməkdən çəkinin. Gündəmi, iqtisadi hərəkətləri, periodik inkişafları təqib edin və strategiya planlarınızı bu şərtlərə görə nizamlayın. Fundamental və texniki təhlillərdə etdiyinizə görə, artıq investisiya karyeranıza güc qatacaq addımlar ata bilərsiniz!

Riskli vəziyyətlərə hazırammı?

Risklərdən bəhs etmək, investorların xoşlayacağı bir vəziyyət olmayacaq. Lakin maliyyə bazarlarında risk hər zaman vardır. İnvestisiya əməliyyatınız ilə əlaqədar ortaya çıxa biləcək riskləri hesablaya bilmirsinizsə, bu risklərlə qarşı-qarşıya qaldığınızda çətinlik çəkə bilərsiniz. Risklərinizi qarşı həll yollarınızı indidən aşkar etməyə başlayın.

Hisslərimi kontrol edə bilərəmmi?

Bilirik, bir investor hər şeydən əvvəl insandır və onun da hissləri var. Lakin əhəmiyyətli olan əməliyyatlar zamanı bu duyğuları minimuma endirmək lazımdır.Səbirsizlik, həyəcan, çox özünə inam və ya itirmə qorxusu … Bu cür duyğuları əməliyyatlarınızı qarışdırdığınız halda, təsirlərini mənfi istiqamətdə görməniz ehtimal olunur. Yaxşı bir sərmayəçi olaraq, məntiqiniz ilə hərəkət etməyə çalışın. Duyğularınızın, şüurlu investisiya əməliyyatınızı iflasa uğratmasına icazə verməyin.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın