Məqalələr

İstiqraz nədir və necə ticarət olunur?

istiqrazlar
Written by InvestAZ

İstiqrazlar, bir investorun müəyyən bir müddət üçün bir şirkətə və ya hökumətə müntəzəm faiz ödəmələri qarşılığında borc verdiyi investisiya qiymətli kağızlarıdır. İstiqraz ödəmə müddətinə çatdıqda, istiqraz emitenti investorun pulunu qaytarır. İstiqrazları təsvir etmək üçün tez-tez istifadə olunan termin – sabit gəlirdir, çünki vəsaitiniz istiqrazın ömrü ərzində sabit ödənişlərlə artır.

Bir çox istiqraz növləri, xüsusən investisiya səviyyəli istiqrazlar, səhmlərə nisbətən daha aşağı riskli investisiyalardır və bu da onları geniş investisiya portfelinin əsas komponenti halına gətirir. Portfelinizdə yerləşdirdiyiniz istiqrazlar, səhmlər kimi daha dəyişkən investisiyaların riskindən qorumağa kömək edə bilər və yatırımınızı qoruyarkən, daha sabit bir gəlir axını təmin edə bilər.

İstiqrazları daha yaxşı anlamaq üçün lazım olan terminlər

Müxtəlif istiqraz növlərinə və onların bazarda necə qiymətləndirilib, ticarət edildiyinə nəzər salmadan, bütün istiqrazlara tətbiq olunan əsas terminlərlə tanış olaq:

– Son ödəmə: İstiqraz emitentinin istiqraz investorları tərəfindən onlara verilmiş pulu qaytardığı tarix. İstiqrazlar qısa, orta və ya uzun ödəmə müddətinə malikdir.
– Nominal dəyər: Nominal olaraq da bilinən nominal dəyər, istiqrazın son ödəmə müddətində olacağı məbləğdir. Bir istiqrazın nominal dəyəri də istiqraz sahiblərinə olan faiz ödənişlərinin hesablanması üçün əsasdır. Bir çox istiqrazların nominal dəyəri 1000 dollardır.
– Kupon: İstiqraz emitentinin istiqraz sahiblərinə ödədiyi sabit faiz dərəcəsidir. 1000 dollarlıq misaldan istifadə edərək, bir istiqrazın 3% kuponu varsa, istiqraz emitenti, istiqrazın son ödəmə tarixinə qədər investorlara ildə 30 dollar ödəməyi vəd edir (nominal 1,000 ABŞ dollarının 3% -i = illik 30 dollar).
– Gəlirlik: İstiqrazın gəlirlik dərəcəsi. Kupon sabit olsa da, gəlirlik dəyişkəndir və təkrar bazarda istiqrazın qiymətindən və digər amillərdən asılıdır. Gəlirlik cari gəlir, son ödəmə müddətinə olan gəlirlik və istiqrazın geri çağırışına qədərki gəlirlik kimi ifadə edilə bilər.
– Qiymət: İstiqrazların bir çoxu buraxıldıqdan sonra satılır. Bazarda istiqrazların iki qiyməti var: “bid” və “ask”. “Bid” qiyməti alıcının bir istiqraz üçün ödəməyə hazır olduğu ən yüksək məbləğdir, “ask” qiyməti isə satıcı tərəfindən təklif edilən ən aşağı qiymətdir.
– Müddət riski: Bu, bazar faiz dərəcələrinin oynaması nəticəsində istiqrazın qiymətinin necə dəyişə biləcəyinin ölçüsüdür. Mütəxəssislər, faiz dərəcəsinin hər 1% artımına görə istiqrazın qiymətinin 1% azalacağını irəli sürürlər . İstiqrazın müddəti nə qədər uzun olarsa, faiz dərəcəsindəki dəyişikliklər də bir o qədər yüksək olar.
– Reytinq: Reytinq agentlikləri ödəmə qabiliyyətinə görə istiqrazlara və istiqraz emitentlərinə reytinq verir. İstiqraz reytinqi investorların istiqrazlara investisiya qoyma riskini anlamalarına kömək edir. İnvestisiya səviyyəli istiqrazların BBB və ya daha yaxşı reytinqləri var.

İstiqrazlara necə yatırım etmək olar?

İstiqrazlara yeni istiqraz buraxılışlarını, ya da təkrar bazarda istiqrazlar alaraq və yaxud istiqraz qarşılıqlı fondları və ya birja ticarət fondları (ETFs) alaraq investisiya qoyursunuz.

Yeni istiqrazlar: İstiqrazları ilkin istiqraz təklifi zamanı bir çox onlayn broker hesabından əldə edə bilərsiniz.
Təkrar bazarda istiqrazlar: Broker hesabınız təkrar bazarda istiqraz almaq imkanı təklif edə bilər.
Qarşılıqlı fondlar: Burada İstiqraz fondlarının səhmlərini satın ala bilərsiniz. Bu qarşılıqlı fondlar adətən müəyyən bir strategiyanın çətiri altında müxtəlif istiqrazlar alırlar. Belə strategiyalara misal olaraq, uzunmüddətli istiqraz fondları və ya yüksək gəlirlik qabiliyyətli korporativ istiqrazlar daxildir. İstiqraz fondları, fondun portfel menecerlərini kompensasiya edən idarə haqqı ödənişi alırlar.
Bond ETFs: Səhmlər kimi ETF səhmlərini ala və sata bilərsiniz. İstiqraz ETF-ləri, istiqraz qarşılıqlı fondlarından daha aşağı ödənişlərə malikdir.

Yeni emissiyalar və təkrar bazar istiqrazları alarkən, investorların daha məhdud seçimləri ola bilər. Bütün brokerlər birbaşa istiqraz almaq imkanı təklif etmir. Bundan əlavə, istiqraz qiymətlərini başa düşmək təcrübəsiz investorlar üçün çətin ola bilər.

İstiqraz fondları və ETF-lər gündəlik yatırım edən investorlar üçün daha asandır. Qarşılıqlı fondun və ya ETF -in investisiya strategiyasının detallarını asanlıqla nəzərdən keçirə və investisiya məqsədlərinizə uyğun olanları tapa bilərsiniz. Likvidlik problemi ilə üzləşmə ehtimalınız azdır və ümumiyyətlə bu əməliyyat vasitələrinin səhmlərini asanlıqla alıb sata bilərsiniz.

Bir maliyyə mütəxəssisi ilə işləməyə və ya sərmayələrinizi özünüz idarə etməyə qərar verməyinizdən asılı olmayaraq, sabit gəlirli investisiyalar investisiya strategiyanızın əsas hissəsi olmalıdır. Çoxşaxəli bir investisiya portfelində istiqrazlar həm sabitlik, həm də proqnozlaşdırılan gəlir təmin edə bilər.

Azərbaycanın beynəlxalq miqyaslı şirkəti SOCAR tərəfindən daxili bazar üçün yeni istiqrazlar tədavülə buraxılıb. Nominal qiyməti 1000 (min) ABŞ dolları olan SOCAR İstiqrazları yenidən 100 milyon dollar həcmində, illik 4.5% gəlirliliklə, 5 illik müddətə buraxılıb.
Siz Socar istiqrazlarına İnvestAZ vasitəsilə rahatlıqla sahib ola bilərsiniz. Ətraflı məlumatı http://inv.az/istiqraz-blog linkindən qeydiyyatdan keçərək və ya *1234 qısa nömrəsindən əldə edə bilərsiniz.

Müəllif haqqında

InvestAZ

Şərh yazın