İSTİQRAZLARA İNVESTİSİYA EDİN!
İstər dövlət istiqrazlarına, istərsə də korporativ istiqrazlara həm Azərbaycan manatı həm də ABŞ dollarında şirkətimiz vasitəsi ilə investisiya edə bilərsiniz.
İstiqraz sahibinə əvvəlcədən müəyyən edilmiş dövrlərlə faiz gəlirini və müddətin sonunda əsas məbləği almaq hüququ verən investisiya qiymətli kağızıdır.
DÖVRİYYƏDƏ OLAN İSTİQRAZLAR
EFFEKTİV DİVERSİFİKASİYA
Aşağı riskli qiymətli kağızlar olan istiqrazlara yatırım, investorların portfellərinin ümumi riskini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verir.
SABİT VƏ PLANLAŞDIRILA BİLƏN GƏLİR
İstiqrazlar müəyyən edilmiş müddətlərdə sabit faiz gəliri təmin etməklə, investorların gələcək pul vəsaitlərinin axınını əvvəlcədən müəyyən edir, maliyyə planlaşdırılmasını asanlaşdırır.
AKTİVLƏR ÜZƏRİNDƏ ÜSTÜN HÜQUQLAR
Emitent müflis elan olduqda ilkin olaraq istiqraz sahiblərinin vəsaitləri geri ödənilir.
ÇEŞİDLİLİK
İnvestorlar öz istəklərinə uyğun olaraq müxtəlif çeşidli istiqrazlar əldə edə bilər. Konversiya oluna bilən, inflasiya, valyuta indeksli və diskont istiqrazlar sahibinə, fərqli investisiya məqsədləri üzrə yatırım etmək imkanı verir.
BİZİ SEÇƏNLƏR
ŞİRKƏTİNİZ ÜÇÜN STRATEJİ BİR TƏRƏFDAŞ
Uzun müddətli müqavilələr, darıxdırıcı, intensiv toplantılara ehtiyac yoxdur. Əməliyyatlara başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın. Şirkətinə təqdim ediləcək maliyyə xidmətlərinin keyfiyyətinə önəm verən şirkətlər üçün Korporativ İnvestisiya xidmətini təqdim edirik.