GƏLƏCƏK QƏRARLARINIZ ÜÇÜN BİZİ SEÇİN
Şirkətinizdə yeni başlanğıclar üçün InvestAZ-ın təqdim etdiyi Korporativ xidmətlərdən yararlanın.
MALİYYƏ MƏSLƏHƏTİ
Maliyyə məsləhəti xidmətindən yararlanın
Şirkətinizi bir addım irəlidə görmək, şirkətinizin strategiyasına yenidən baxış etmək, və idarəçiliyi təkmilləşdirmək üçün İnvestAZ Şirkətinin Maliyyə Məsləhətçilik xidmətlərindən faydalanın.
Aktivlərin və Şirkətlərin dəyərləndirilməsi
Aktivlərinin düzgün və şəffaf dəyərləndirilməsi, şirkətin birləşmə, satın alma və ləğvetmə məqsədləri, qanunvericiliyin tələbləri, vergi və digər məqsədlər üçün effektiv istifadə oluna bilər.
Şirkətlərin alış-satışında konsaltinq
Şirkətin alış-satışı zamanı bazarın təhlili, müvafiq investorların cəlb edilməsi, əqdlərin vaxtında həyata keçirilməsi çox önəmlidir. Hər bir mərhələnin müvəffəqiyyətlə həyata keçirilməsi üçün İnvestAZ şirkətinin konsaltinq xidmətindən istifadə edin.
Menecment Konsaltinq
İnvestAZ şirkətinin menecment konsaltinq xidməti, şirkətinizin fəaliyyətinin yaxşılaşmasına, onun effektivliyinin artmasına səbəb olur, təşkilati problemlərin həllinə kömək edir və şirkətinizə əlavə dəyər qatır.
Bazar araşdırması
Effektiv bazar araşdırması ilə siz, rəqibləriniz, potensial müştərilər və onların istehlak və investisiya meylləri, iqtisadi dəyişikliklər, demoqrafik və mövcud bazar trendləri haqqında dəyərli məlumat əldə edə bilərsiniz.
MALİYYƏ VASİTƏÇİLİYİ
Yatırımlarınızı bizimlə edin
InvestAZ müxtəlif bazarlara və çeşidli yatırım alətlərinə çıxış imkanı təqdim edir.
Sifarişlərin sürətli icrası
Sifarişlərinizi ən yaxşı qiymətlə və ən qısa zamanda icra edirik.
Müxtəlif bazarlara çıxış imkanı
Azərbaycan və Türkiyənin səhm və istiqraz, dövlət və korporativ qiymətli kağızlar bazarına çıxış imkanları qazanmaqla xərclərinizi azalda, risklərinizi diversifikasiya edə və gəlirlərinizi artıra bilərsiniz.
Konsaltinq
Müxtəlif qiymətli kağızların ticarəti barədə məsləhət verir, investorların gəlir və risk iştahasına uyğun olaraq ən optimal yatırım imkanlarını təqdim edirik.
BİRLƏŞMƏ VƏ SATINALMA
Şirkətinizə dəyər qatın
Birləşmə və Satınalmanın Sizə qatdığı dəyəri ölçür və qoruyuruq.
Korporativ Maliyyə
Şirkətiniz üçün IPO, M&A və digər korporativ xidmətləri ən effektiv şəkildə təqdim edirik.
Şirkətlərin Birləşməsi və Satınalma
Birləşmə və Satınalma prosesində risk xəritənizi müəyyən etməklə, layihələndirmə və əhatəli planlaşdırmanı təmin edirik.
Qiymətləndirmə xidmətləri
Şirkətinizin dəyərinə təsir edən faktorları müəyyən edərək əlavə dəyər qatırıq.
İLKİN KÜTLƏVİ YERLƏŞDİRMƏ
InvestAZ-da İlkin Kütləvi Yerləşdirmə
İnvestorların marağını cəlb etmək, ictimaiyyətdə imicinizi artırmaq və daha mükəmməl idarəetmə strukturu istəyirsinizsə, şirkətimizin İPO xidmətindən faydalanın.
IPO nədir?
Bir təşkilat tərəfindən hər hansı bir şirkətin pay sənədlərinin və ya başqa maliyyə alətlərinin investorlara çoxlu sayda satılmasını ifadə edir. Ümumlikdə, İlkin Kütləvi Yerləşdirmə, şirkətlərə kapital cəlb edilməsini təmin etmək üçün istifadə olunan bir vasitədir.
Geniş kütləyə çıxış
İlk dəfə kütləvi yerləşdirməyə çıxarılan şirkətə təqdim olunan xidmət IPO, artıq yerləşdirməsi həyata keçirilmiş şirkətin yenidən IPO olunması isə Təkrar IPO adlanır.
Payların satış üsulları
İlkin Kütləvi Yerləşdirmə zamanı investorlara 3 satış üsulu təqdim olunur. Tələb Toplama öz növbəsində 3 hissəyə ayrılır: Sabit qiymətlə tələb toplama, Qiymət təklifi almaq yolu ilə tələb toplama, Qiymət intervalı yolu ilə tələb toplama. Digər satış üsulları isə Birjada satış və Tələb toplamadan kütləvi satışdır.
QAPALI YERLƏŞDİRMƏ
Şirkətiniz bizimlə böyüsün
Rəqib şirkəti almaq planınızda var, və ya şirkətiniz hələ yeni, məqsədləriniz isə çox böyükdür?
Qapalı yerləşdirmə nədir?
Potensial görünən şirkət və ya layihələrə birbaşa sərmayə yatırımı edərək qazanc əldə etmək fürsəti yaradan alətdir.
Qapalı yerləşdirmə köçürmələri
Ümumilikdə edilən investisiyalar şirkət birləşmələri və/və ya hissə satışı olaraq görünsə də, əməliyyatlar fonda köçürülməsi sürətinə və fondun nizamnamə şərtlərinə görə idarə olunur.
Qapalı yerləşdirmə detalları
Qapalı yerləşdirmə fondları əsasən pensiya fondları, sığorta şirkətləri, fondlar, şirkətlər və fiziki ortaqlıqlar daxil olmaqla ərsəyə gəlir.
FƏRDİ GÖRÜŞ
Xidmətlərimizlə bağlı suallarınıza ofisə yaxınlaşaraq peşəkarlardan cavab alın.
FƏRDİ GÖRÜŞ AL
SİZƏ ZƏNG EDƏK
Əlaqə vasitələrinizi qeyd edin, mütəxəssislərimiz sizi ətraflı olaraq məlumatlandırsın.
MƏNƏ ZƏNG EDİN
BİZİ SEÇƏNLƏR