• Özünüzü və dünyanı bizimlə kəşf edin.

3 vakansiya VAKANSİYALARA BAX

3 Aktiv Vakansiya

  • Müştəri xidmətləri üzrə Operator

    Şirkətimizin müştəri xidmətləri departamentinin bir üzvü olmaq istərdinizmi?

    MÜRACİƏT ET
  • Junior frontend developer

    Əgər Siz yaranmış texniki problemləri həll etmək üçün doğulmusunuzsa, o zaman bu Sizin axtardığınız ...

    MÜRACİƏT ET
  • Web Developer

    Əgər Siz yaranmış texniki problemləri həll etmək gücünə maliksinizsə, o zaman bu Sizin axtardığınız iş ...

    MÜRACİƏT ET
Bağla
Axtarış və Filtrlər

Bizlərdən biri olmaq nə deməkdir?

InvestAZ şirkətində işləmək özünə inam tələb edir. Burada Siz, daha qiymətlisiniz. Siz, ruhlanacaq və fəxr edəcəksiniz çünki hansı mövqedə çalışmağınızdan asılı olmayaraq Siz bu fəlsəfənin bir hissəsinə çevriləcəksiniz.

InvestAZ şirkəti fəaliyyətə başladığı gündən bu günə kimi hər zaman ən yaxşılarını seçməyə çalışır. Əgər Siz özünü ən yaxşılardan biri hesab edirsinizsə, o zaman biz Sizi axtarırıq.

InvestAZ’de çalışmak ne demektir?

İnsanlar hər gün InvestAZ-da təəccübləndirici işlər görürlər.

Biz ixtiraçıyıq. Hər zaman yeniliklər barədə düşünməyin sonda ən yaxşı nəticəyə gətirib çıxaracağına inanırıq. InvestAZ Sizdən daha çox bacarıq tələb etməklə yanaşı şirkətə qazandıracağınız hər bir unikallığı, mühəndisliyi və işgüzarlığı layiqincə qiymətləndirəcək.

Bizim üçün önəmli olan Sizsiniz. Biz hər bir insanı incələməklə onu bizə lazım olan istiqamətə yönəldə bilərik. Hər bir işçinin potensialı onun təqdim etdiyi məlumatlarda gizlənmişdir. Bu potensialı aşkar etməklə, Sizi bir kadr olaraq kəşf edə bilərik.

InvestAZ’de çalışmak ne demektir?

Hansı bacarığınızla ailəmizin bir üzvü olmaq istərdiniz?

Ümumi Müraciət

Yatırımın həyat boyu davam edən bir fəlsəfi öhdəlik olduğunu dərk edən şirkət kimi, yatırımın fərq yaradan karyera dünyasında iştirak etmək istəyən insanları axtarırıq.

Fərqli bir şirkət mədəniyyətində çalışmaq, təbiətdən və kainatdan ilhamlanaraq layihələrdə iştirak etmək, sadəcə nəticə deyil, ona doğru gedən yoldan zövq almaq istəyirsinizsə, özünüzü inkişaf etdirə biləcəyiniz, həm işinizdə həm də həyatınızda fərq yarada biləcəyiniz InvestAZ ailəsinin bir üzvü olmaq üçün müraciət edə bilərsiniz.

Risk və Aktivlərin İdarə Olunması

Maliyyə dünyasında gəlir əldə etməyin bir çox yolları mövcuddur. ImvestAZ ailəsinin hər bir üzvü müştəriyə gəlir qazandıracaq düzgün idarəçiliyi doğru zamanda təmin etməyə istiqamətlənib.

Müştərilərimizin sərbəst vəsaitləri mütəxəssislərimiz tərəfindən dəyərləndirilir və müştərinin risk dərəcəsi seçiminə görə ideal bir investisiya portfel idarəçiliyi yaradılır. Xüsusi olaraq hazırlanmış gündəlik hesabatlar vasitəsilə müştərilər, investisiyalarının necə idarə olunması barədə məlumatlandırılır.

Şirkətimizin Aktivlərin İdarə Edilməsi vəzifəsində çalışan mütəxəssislər müştərilərin sərbəst vəsaitlərinin real dəyərini qoruyur və artırır.

Mühasibatlıq

Mühasibatlıq, satışdan marketinqə qədər şirkətimizin istənilən departamenti ilə strateji tərəfdaşdır. Şirkətimizin maliyyə mütəxəssisləri, sürətlə inkişaf edən innovativ şirkətdə çox məsuliyyətli öhdəliklərə sahibdirlər.

Əgər Siz analitik düşüncəyə, üstün təcrübəyə malik olub, böyük işlərin bir hissəsinə çevrilmək istəyirsinizsə o zaman biz Sizi gözləyirik.

İnformasiya Texnologiyaları

İnformasiya və Texnologiyaları departamenti şirkətimizin mühərrik hissəsidir.

Əgər Siz yaranmış texniki problemləri həll etmək üçün doğulmusunuzsa, o zaman biz Sizin arzularınızı gerçəkləşdirməyə hazırıq.

Əgər Siz öz mühəndisliyinizi proqramlaşdırma, məhsul yaratmaq, şəbəkə mühəndisliyi, məlumat təhlükəsizliyi və s. kimi sahələrdə nümayiş etdirmək istəyirsinizsə o zaman biz, Sizə bu bacarıqlarınızı inkişaf etdirməkdə kömək etməyə hazırıq.

Satış

Biz ambisiyalı və satmaq bacarığı olan insanlara üstünlük veririk. Biz şirkətə gələnləri şirkətin loyal müştərilərinə çevirməyi bacarırıq. Bir mütəxəssis olaraq məhsullarımızı müştərilərə təklif etməzdən əvvəl onun ətrafında müsbət enerji və istək yaradırıq. Özünüzdə bu potensialı hiss edirsinizsə, Sizin bacarıqlarınızı yoxlamağa hazırıq.

Müştəri xidmətləri

InvestAZ olaraq hədəfimiz müştəri məmnuniyyətini üstün tutmaq və məhsullarımızdan ömür boyu zövqlə istifadə etməklərini təmin etməkdir. Şirkətimiz xidmətlərin keyfiyyəti və müştərilərə çatdırılması sahəsində hər zaman peşəkarlığı önə çəkir.

Şirkətin dəyərləri ilə şəxsi dəyərləriniz üst-üstə düşürsə o zaman növbəti zəng Sizin ola bilər.

Marketinq

Şirkətimizin yaratdığı heç bir məhsul İPhone və ya İPad kimi birdən birə yaranmayıb. İnvestisiya dünyası üçün yaratdığımız hər bir innovativ məhsul şirkətimizin marketinq mütəxəssisləri tərəfindən hər tərəfli planlaşdırılmış bir sənət əsəridir.

Əgər Siz kreativ və strateji düşünməyi sevirsinizsə o zaman biz hər işıq üzü görəcək layihələr üçün Sizinlə əlavə yol qət etməyə hazırıq.

Hüquq

Hüquq departamenti şirkətimiz üzrə hər bir hüquqi addımın düzgün atılmasına və bütün müqavilələrin aydın və şəffaf olmasını təmin edir. Hüquqi tənzimləmələri mükəmməl bilən mütəxəssislərimiz şirkətimizin mənafeyini və nüfuzunu bazarda qorumağa kömək edir.

Təsərrüfat və Xidmət

Müştərilərimizə yüksək xidmət göstərməklə yanaşı öz işçilərimizində qayğısına qalmaqdan zövq alırıq. InvestAZ ailəsinin hər bir üzvünün rahatlığını və sağlamlığını təmin etmək bu departamentin öhtəsinə düşən vəzifədir.

Tədris

Tədris departamenti şirkətin hər bir işçisi üçün treyderlikdən investorluğa aparan yol hesab olunur. “Özünə Yatırım Et” şüarı ilə fəaliyyət göstərən departamentin fərqləndirici хüsusiyyəti müəllimlərin tədris və tədqiqat sahəsində innоvasiyaların tətbiq edilməsidir.

Maliyyə bazarlarını daim öyrənmək və öyrəndiklərimizi bu sahəyə maraq göstərənlərə anlatmaq bizim əsas vəzifə borcumuzdur. Biliklərinizi digərləri ilə paylaşmağı sevirsinizsə Sizi aramızda görmək istərdik.