Məqalələr

Karantin dövründə evdə pul qazana biləcəyiniz 5 iş

Karantin dövründə evdə pul qazana biləcəyiniz 5 iş
InvestAZ
Written by InvestAZ

Koronavirus (COVID-19) səbəbi ilə milyonlarla insan evdə qalarkən virusa yoluxmamaqla yanaşı həm vaxtlarını faydalı keçirmək, həm bu dönəmi fürsətə çevirmək istəyirlər. Bu müddətlərdə insanlar evdən çıxmadan zamanlarını pula çevirmək üçün yollar axtarırlar. Beləliklə, karantin müddətində vətəndaşların evdə qalaraq pul qazana biləcəyi işləri sizinlə bölüşmək istərdik.

Evdən məzmun və məqalə yazaraq qazanmaq

Evdən edə biləcəyiniz işlərdən biri də məzmun yazarlığıdır. Əgər qələminiz güclüdürsə o zaman mətn və ya məzmun yazaraq pul qazana bilərsiniz. İstər şirkətlərin rəsmi sosial şəbəkə kanalları, istərsə də vebsaytları üçün məzmun yazaraq qazana bilərsiniz. Bundan başqa xarici dil bilikləriniz yaxşıdırsa “freelance” platformalarda digər ölkələrdə mövcud olan şirkətlər üçün də məzmun yazmaq imkanınız var.

Tərcümə edərək qazanmaq

Bir çox iş yerləri müvəqqəti bağlanmalı olsa da, bəzi işlər onlayn olaraq edilir və tərcümə işləri hələ də aktual tələb olunandır. Xarici dil biliyiniz varsa, bu müddət ərzində biliklərinizi pula çevirə bilərsiniz. Şirkətlərlə yanaşı siz “freelance” platformalardan istifadə edərək tərcümə işləri görə bilərsiniz. Xüsusilə, İngiliscə birgə Alman, Çin və İspan və başqa dil biliyi olanlar daha çox iş tapa və daha çox qazana bilərlər. Xarici iş platformalarında bu işdən hər səhifəyə görə ödəniş müəyyən edərək qazana bilərsiniz.

Şəkillər sataraq qazanmaq

Həm hobbi, həm də pul qazanma metodu kimi istifadə edə biləcəyiniz bu işə ilk addımınızı ata bilərsiniz. Bəs şəkillərinizlə onlayn olaraq necə pul qazanacaqsınız?
Çəkdiyiniz fotoları stok fotoqrafiya saytlarına qoyacaqsınız və sizin şəkilləriniz mövzusunda axtarış edən şəxslərin (redaktorlar, qrafik dizaynerlər, şirkətlər və s.) şəkillərinizi seçib almasını gözləyəcəksiniz. Amma, təbii ki, bu işdə də diqqət yetirməyiniz lazım olan bəzi nüanslar var.
Araşdırma edib ən çox tələb olunan mövzulara uyğun şəkillər çəkməyiniz və ya hazırlamağınız lazım gələcək.

Birjalara yatırım edərək qazanmaq

Maliyyə bazarlarına yatırım edərək puldan pul qazana bilərsiniz. Tək etməli olduğunuz iş, bazardakı dinamikliyi təqib etmək və uğurlu bazar iştirakçısı olmağln yollarını öyrənməkdir. Bunun üçün təlim (demo) hesablarda risksiz əməliyyatlar edə, e-kitablar oxuya, videolar izləyərək qazanmağın yollarını öyrənə bilərsiniz.

PULSUZ TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏNİN

Sosial şəbəklərdə mağaza açıb onlayn satış edərək qazanmaq

Sosial şəbəklərdə mağaza açaraq satış edib pul qazanmaq ölkəmizdə olduqca məşhurdur. Bu işlə pul qazanmaq üçün müxtəlif əl işlərinizi, satmaq istədiyiniz məhsulu paylaşaraq satıb pul qazana bilərsiniz.

Sonda qeyd etmək istəyirik ki, hər şeydən önəmli sizin sağlamlığınızdır. Bunun üçün sizi şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın