Məqalələr

Qənaət etmək bir investor üçün niyə önəmlidir?

Qənaət etmək bir investor üçün niyə önəmlidir?
InvestAZ
Written by InvestAZ

Xüsusilə böyük şəhərlərdə yaşayan insanların çox gənc yaşda əldə etmək məcburiyyətində olduğu bir anlayış- qənaət etmək / qənaətli olmaq … Kimi xərclərinin gəlirlərini aşmaması vəziyyətində qənaət ilə tanış olma ehtiyacı duyar, gəlirlərini qənaət yolu ilə sərmayəyə çevirər. Kimi isə bu sərmayəni bir investisiya vasitəsi ilə daha da inkişaf etdirər. Qənaət mövzusunda uğurlu olmaq bu insanlar üçün yetərli olmayacaq, bu uğuru investisiyalarında da əks etdirəcəklər. Bu insanlara biz investor deyirik.

Bir çox insanın arzusu, investisiya edərək pulunu artırmaqdır. İnvestisiya etmənin əsası isə yatırımdır. Investorların qənaət ilə əlaqəsi tam da bu nöqtədə əlaqəli olar. Qənaət, ehtiyacı qarşılayıb dəbdəbəyə qaçmadan gələcəyini düşünməkdir. Investisiyanın məqsədi də budur. Yəni investisiya, əsas olaraq bir gəlir və ya mənfəət gözləməsi ilə qənaətin bir yerə bağlı olmasıdır. Buna görə investorun qənaət nizamına sahib olması və bunun əhəmiyyətini anlaması lazımlıdır.

Qənaət etməyə necə başlamaq lazımdır?

Bir investor və ya investorluğa namizəd, qənaət etmənin özünə olan faydasını anlamalıdır. Yaxşı, necə qənaət edəcəksiniz? Əvvəlcə bəhanələrdən xilas olmalısınız. Qənaət edərək, təcrübə edəcəyinizə və bu təcrübələri yatırımlarla qiymətləndirib, gələcəyiniz üçün çalışdığınıza özünüzü inandırmalıdır. Üstəlik bu mövzuda iddialı davranmalısız. Sizə xeyir verməyən, kiçik lakin təsir edici xərcləri azaldıb, onlardan xilas olaraq işə başlaya bilərsiniz. Ayrıca mövzumuz sərmayə olduğu üçün, pul ilə əlaqədar hər mövzuda məlumat sahibi olmanızı dilə gətirməkdə fayda var. Bu iqtisadi məlumatlar, həm qənaət, həm də investisiya edə bilmənizə böyük nisbətdə köməkçi olacaq. Pulunuzu idarə etmək üçün iqtisadiyyatda nələr olub bitdiyini təqib etməli, bunun fonunda bir qənaət planı meydana gətirməlisiniz. İqtisadiyyat haqqındakı inkişaflardan xəbərdar olmaq, iqtisadiyyatın gələcəyinə görə hərəkət etmənizi təmin edəcək.

Qənaət edən hər kəs bir az yatırımçıdır.

Qənaət edən hər kəs əslində bir az investordur. Çünki pulun dayandığı yerdə xeyir qazanmayacağını, əksinə dəyər itirəcəyini bilir və müxtəlif investisiya yollarını araşdırır. Qənaətləri investisiyaya yönləndirməyib yastıq altında saxlamaq, investisiya etmə riskindən daha təhlükəlidir. Hər hansı bir investisiyaya bağlanmayan qənaətlər, hər şeydən əvvəl pulun satın alma gücünü azaldan inflyasiya qarşısında əriyəcək.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın