Məqalələr

Swap əməliyyatı nədir?

Swap əməliyyatı nədir?
InvestAZ
Written by InvestAZ

Swap hərfi olaraq dəyişdirmək, mübadilə etmək mənasını verir. Ancaq Forex sərmayəçiləri üçün bu termin daha çoxunu ifadə edir. Swap, bir çox investorun qarışdırdığı, hətta bəzən fərq etmədiyi çox əhəmiyyətli bir nüansdır. Çünki bu anlayış, əslində hesabınızda meydana gələn müsbət-mənfi vəziyyətin yaradıcısıdır.

Daha dəqiq desək swap, etmiş olduğunuz valyuta cütlərinin bir-biri arasındakı faiz fərqinə görə hesabınıza müsbət və ya mənfi olaraq əks olunan gecəlik daşıma xərcləridir. Yəni, iki pul vahidindən yüksək faizli olanını bazara verib, aşağı faizli olanını əlinizdə tutmağa qərar verdinizsə, aşağı faizli pulun gecəlik daşıma xərci hesabınıza əks olunacaq deməkdir.

Swap əməliyyatları tamamilə, alınan pulun borc verilməsi, satılan pulun borc alınılması məntiqinə söykənir.

Sadə bir nümunə ilə EUR/ USD cütündə alış yəni uzun mövqe meydana gətirdiyiniz zaman, bazara Dollar verib, qarşılığında aşağı faizli olan evro almış olarsınız. Bu əməliyyat yatırımcıya mənfi yönlü bir swap əvəzi olaraq geri dönəcək. EUR/ USD  satdığınızda isə bazara dollar verib, qarşılığında Dollar aldınız deməkdir. Aşağı faizli pul vahidi bazara verdiyiniz üçün də müsbət yönlü bir swap gəliri əldə edəcəksiniz.

Swap qiymətləri gecəlik işləyir, eyni gün içində bağlanılmayan və bir başqa günə köçürülən əməliyyatlarda etibarlıdır. Bu tətbiq Mərkəz Bankı tərəfindən açıqlanan rəsmi faizlər əsas götürülərək aparılır.

Çərşənbə günlərində Diqqət

Az əvvəl də söylədiyimiz kimi swap qiyməti gecəlik işləyir və gün ərzində açıb bağladığınız əməliyyatlara swap xərci, tətbiq edilmir. Lakin Forex sərmayəçiləri çərşənbə günlərinə diqqət etməlidir. Swap qiymətləri , çərşənbə günü xaric həftə içində 1 gündəlik olaraq tətbiq olunur. Çərşənbə günü açılan və 00: 00-a qədər bağlanılmayan mövqeyə, 3 gündəlik swap qiyməti tətbiq olunur. Bu, bazarların həftə sonu bağlı olması xüsusiyyətindən qaynaqlanır. Bazarların bağlı olduğu tətil günlərində, açıq olan mövqelərdə swap tətbiqi davam edir.

Forex bazarında, swap-sız Forex hesabı yaratmaq kimi bir variantınız da olur. Bu hesab növü, faizdən uzaq dayanmağı seçim edən sərmayəçilərə xitab edər. Gecəlik daşıma xərclərini qəbul etməyən Forex bazarı sərmayəçiləri, bu hesab növündən asanlıqla faydalana bilərlər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın