Məqalələr

Təlim hesabında hansı məqamlara diqqət etməlisiniz

Təlim hesabında hansı məqamlara diqqət etməlisiniz
InvestAZ
Written by InvestAZ

İnternet sayəsində təkcə bütün dünyada baş verənlərdən sürətlə xəbərdar olmaqla yanaşı, bu xəbərləri gəlirə çevirmək də mümkündür. Ancaq təbii ki, ilk növbədə nələrə diqqət etməyimizi bilməliyik. Həftənin 7 günü 24 saat, oturduğumuz yerdən bir klik ilə əməliyyat keçirməyin rahatlığı, kredit çiyni mexanizmi və iki istiqamətli əməliyyat imkanı ilə çəkisi getdikcə artan FOREX bazarları isə bu gəlir imkanlarının başında durur. 2011-ci ildən başlayaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzarəti ilə ölkəmizdə hüquqi müstəvidə aparılan FOREX əməliyyatları, hər bir bazar iştirakçısına qısa müddət ərzində yüksək gəlir imkanı yaradır. Bəs bundan necə faydalanmaq olar?

Forex Bazarına Yatırım məntiqli şəkildə olmalıdır

Gələcəyə edilən yatırımları hər hansı bir şans oyunundan ayıran xüsusiyyət, bunların şans faktoruna asılı, yəni təsadüfi olaraq deyil, biliyə və təcrübəyə əsaslanaraq həyata keçirilməsidir. FOREX bazarına edəcəyiniz yatırımlar da eyni ilə bunun kimidir.

Təlim hesabı niyə önəmlidir?

Hara və nə zaman yatırım etməliyəm? Maliyyə alətlərinin qiymət dəyişikliklərinə təsir edən faktorlar hansılardır?” Yatırım zamanı risklər necə idarə olunmalıdır? kimi sualların cavabını tapmaq üçün FOREX-in fəlsəfəsini qavramalısınız. Ancaq FOREX bazarına yatırım edərkən sadəcə nəzəri biliklərinizin olması kifayət etməyə bilər. Pulsuz təlim hesabları vasitəsilə ticarət edərək təcrübə qazanmağınız da ən az bu sahə üzrə bilikləriniz qədər önəmlidir. Bu eyni ilə necə əməliyyat ediləcəyini kitablardan öyrənmiş ancaq heç əməliyyata girməmiş bir həkim ilə, peşəkar cərrah arasındakı fərqə bənzəyir.

Təlim hesabında ticarət etmək Sizə nə verəcək?

Təlim hesablarında istifadə edəcəyiniz sistemin texniki detalları haqqında məlumat sahibi olur, sistemin incəliklərini və Sizə təqdim etdiyi imkanları tanımaq imkanı əldə edəcəksiniz. Ssenarilər deyil, bazarın real dinamikasında virtual vəsait ilə edəcəyiniz yatırımlardan əldə edəcəyiniz virtual gəlirlər bəlkə təhsil etməzsiniz, ancaq bazarın komponentlərini və gündəlik inkişaflara necə reaksiya verdiklərini dərk edərək, gözləntilərinizi qarşılayacaq maliyyə alətlərini tanıya bilərsiniz. Üstəlik, zərər etsəniz belə, real vəsaitlərinizi itirməyəcəksiniz.

Köməkçi vasitələr

Pulsuz Təlim hesabı vasitəsilə heç bir risk etmədən kredit çiyni dəstəyinin gəlir və zərər təsirlərini, iki istiqamətli yatırım qərarlarının verilməsini sınaqdan keçirə bilərsiniz. Bununla yanaşı, gələcəkdə baş verə biləcək qiymət dəyişikliklərini doğru təxmin etmək üçün FOREX-in  texniki analiz vasitələri ən böyük köməkçiniz olacaq. Keçmiş və cari qiymətləri müqayisə edilərək ümumi bir trend müəyyən olunur, maliyyə alətlərinin volatilliyi, qiymətlərin müqavimət və dəstək nöqtələri kimi bir çox göstəricilər bu təhlillər nəticəsində əldə edilir. Unutmayın, FOREX bazarında gəlir əldə etmək üçün reallaşan investisiya qərarları heç də təsadüfi deyil, bilik və təcrübəyə əsaslanır.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın