Məqalələr

Tesla səhmlərinin bölünməsi qüvvəyə minir

Written by InvestAZ

Teslanın avqustun əvvəlində elan edilən 3-ün 1-ə səhm bölünməsi qüvvəyə minir.

Şirkət, səhmlərin bölünməyə gedəcəyini avqustun əvvəlində elan etmişdi. Səhmlər avqustun 24-ü 891 dollarla ticarəti başa vurdu və 25 avqust tarixi ilə təxminən 297 dollardan ticarətə başladı.

Tesla, ticarət bitdikdən sonra sahib olduğu hər bir səhm üçün əlavə iki səhm dividend ödəməklə bölünməni həyata keçirdi. Səhmlərin bölünməsi səhmləri daha ucuz edir və fərdi investorlar üçün daha əlçatan edir. Bu, həmçinin səhm opsionlarının ticarətinin daha əlverişli olmasına səbəb olur .

Tesla, səhmlərin bölünməsini ilk dəfə təklif edərkən, bu addımın ilk növbədə şirkətin hər bir işçisinə Tesla-da pay almaq imkanı təklif etmək məqsədi daşıdığını bildirmişdi. İşçilərin məmnuniyyətinin artırılması, səhmdar dəyərini maksimuma çatdırmağa kömək edəcəyini söyləmişdi.

Tesla səhmlərini ilk dəfə 2020-ci ilin avqustunda böldü. Səhmlər, bölünmə elanı ilə, səhmlərin bölündüyü gün arasında 81% dəyər qazandı. Bölünmədən sonrakı ayda Tesla səhmləri təxminən 14% dəyər itirdi, lakin iki aydan az müddətdə qiymət bərpa oldu və bölünmədən altı ay sonra təxminən 36% artdı.

Ən son bölünmə elan etdikdən sonra, Tesla-nın səhmləri 28% artdı, lakin investorlar şirkətin xərclərin azalmasından qorunmadığını başa düşdükləri üçün il ərzində qiymət yenə də 16% azalmış oldu.

SEC (ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası) sənədləri açıqlayıb ki, İlon Mask 5 avqust Cümə və 9 Avqust Çərşənbə axşamı arasında təxminən 6,88 milyard dollar dəyərində 7,92 milyon Tesla səhmini satıb.

Səhmlərə yatırım bütün dövrlərdə aktual və karlı olmuşdur. Ölkəmizdə maliyyə və investisiya istiqamətində fəaliyyətini inkişaf etdirən InvestAZ investisiya şirkəti müxtəlif səhmlərə yatırım imkanı təqdim edir və bu yöndə investorlara dəstək olmağa hazırdır. Tesla səhmlərinin ticarəti ilə Siz də qazana bilərsiniz.

Müəllif haqqında

InvestAZ

Şərh yazın