Məqalələr

Uğura gedən yolda görünməyən amillər

Uğura gedən yolda görünməyən amillər
InvestAZ
Written by InvestAZ

InvestAZ – ın reklam siması olan həmyerlimiz Ramil Quliyev uzun illər ərzində öz üzərində işləyərək uğur qazanmaq üçün əlindən gələni etmiş ən önəmli idmançılardan biridir. Türkiyə millisində çıxış edən və daha əvvəl Londonda keçirilən Dünya Çempionatında qalib olan azərbaycanlı atlet bu il Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayaraq çempion olmuşdur.

Bu blog yazımızda Ramil Quliyevin qələbəsindən ilhamlanaraq uğura gedən yolda yatırım və idman dünyasının nə qədər bənzər xüsusiyyətlərə sahib olmasından danışacağıq. Bir idmaçının uğur qazanmağı üçün qələbəyə fokus olması, istənilən halda mübarizədən əl çəkməməsi və addım – addım özünü inkişaf etdirməsi gərəklidir. Öz üzərinizdə işləməsəniz qələbə əldə etməyiniz mümkün deyildir.

Özünüzə inanın

Inam, bir şeyin heç bir sübutu olmadan varlığının və ya doğruluğunun qəbul edilməsidir. Varlığının sübutu olmayan bir şeyi qəbul etmək çətin olduğu üçün özümüzə inanmaqdan çəkinirik. Ancaq, idmanda olduğu kimi yatırım dünyasında da öz bacarıqlarına inananlar qalibiyyətə daha yaxın olanlardır.Yarışda finiş xəttinə birinci çatmaq, yatırımda isə doğru əmri vermək sizin qələbənizdir.

Cəhd edin

Hədəflərə çatmaq üçün sərf edilən fiziki və mental enerjinin toplamı cəhd etməkdir. Ramil Quliyevin məqsədinə çatmaq üçün çalışmağa başladığı çempionluq macərası da kiçik bir cəhd ilə başlamışdır. Yatırımda da öyrənməyə başladıqdan sonrakı addımlar getdikcə asanlaşacaq. Çünki cəhd edərək özünüzə ilk yatırımı etmiş olacaqsınız. Bəs bunu necə edəcəksiniz? Yatırımla bağlı seminarlara qatılın, yatırım məqalələri oxuyun, təlim hesabında fasiləsiz təcrübə toplayın .

Əzmkar olun

Bu addım nə istədiyiniz dəqiqləşdirmək və bu yolda bütün fədakarlıqlara hazır olmağı ifadə edir. Yəni arzuladığınız qələbəyə çatmaq üçün gedəcəyiniz yol sizə tam aydındır. Geriyə bu yola çıxmağınız və qazanmağınız qalır. Yatırımçının əzmkarlığı isə yatırım edərkən bir sonrakı ehtimalları dəqiqləşdirmək və əmri ləğv etmədən qazanmağı gözləməkdir.

Səbrli olun

Səbrli olmaq mövcud vəziyyətin çətinliyini, gecikmələri özünüzü itirmədən normal qarşılaya bilmək bacarığını ifadə edir. Yarış zamanı ilk sırada olsanız belə səbrsiz davranaraq vaxtından tez qazandığınıza inansanız uduzmağınıza səbəb olacaqdır. Yatırımda isə müəyyən miqdarda qazanc əldə etdikdən sonra səbrsiz davranaraq əmri dayandırsanız potensial yüksək qazanc əldə etmək şansınızı itirəcəksiniz.

İradəli olun

Çətin vəziyyətlərdə duyğularınızla qərar verməmək və qarşı tərəfə olan reaksiyalarınıza nəzarət etmək bacarığıdır. Yarışda hakimin xoşagəlməz qərarı və ya rəqibin sizə qarşı olan həmlələri iradəsizliyinizə səbəb ola bilər. Yatırımcı da əməliyyat edərkən iradəli olmalıdır və qazanmaq kimi uduzmağı da normal qarşılamağı öyrənməlidir. Bunun üçün isə təlim hesabı açaraq risksiz əməliyyatlar edərək təcrübə qazana bilərsiniz.

Bu addımların hər birinə davamlı olaraq əməl etmək lazımdır. Çünki nailiyyət qazandıqdan sonra özünüzü inkişaf etdirməyə, özünüzə yatırım etməyə davam etməsəniz başladığınız yerə geri qayıdacaqsınız.

Ramil Quliyevin də bu nailiyyətinin arxasında hər bir uğurun arxasında duran yuxarıda sadaladığımız çətinliklər çox mühüm rola sahibdir. Çünki qələbəyə gedən yol heç vaxt sadə deyildir.
Yatırım dünyası ilə idman dünyası arasında da buna görə bir çox oxşarlıqlar vardır. Yatırım edərkən qazanclı olmaq üçün əvvəlcə özünə inanmaq, sonra isə uğur qazanmaq üçün lazımlı olan mərhələləri bir – bir keçmək lazımdır. Bu mərhələlər təlim hesabında yatırım etmək qaydalarını öyrənmək, seminarlara və təhsil programlarına qatılaraq yatırımı dərindən öyrənməyi misal göstərə bilərik. Qaşınıza çıxma ehtimalı olan çətinliklər isə: Qiymət dəyişmələri, səbrli olmağı bacarmamağınız, maliyyə qrafiklərini başa düşməməyiniz, doğru zamanda qərar verə bilməməyiniz ola bilər. Ona görə də nə qədər çox öz üzərinizdə işləsəniz qalibiyyətə bir o qədər yaxın olacaqsınız.

Yarışı qazanmaq üçün hər gününüzü hər saatınızı o ana həsr etməlisiniz. Yatırım dünyasında da maliyyə bazarlarında hər zaman hərəkətlilik olduğu üçün dəyişmələrə hazır olmalı və bir sonrakı addım üçün hər zaman bir planınız olmalıdır. Bundan başqa sürətli qərar verməyiniz üçün təlim hesabında təcrübə toplamağınız çox önəmlidir. Bütün bunları edərək getdikcə öz işinizdə peşəkar olacaqsınız və yüksək gəlir əldə etmək fürsətlərini də dəyərləndirə biləcəksiniz. Çünki yatırım etməyi öyrəndikdən sonra nəticələri gözləmək ən asan mərhələ olacaqdır.

Heç vaxt uduzmayan deyil hər zaman öz üzərində işləyən və mübarizədən imtina etməyən insanlar qalibiyyət əldə edirlər.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın