Məqalələr

Vəsaitlərinizi effektiv olaraq necə idarə edə bilərsiniz ?

Vəsaitlərinizi effektiv olaraq necə idarə edə bilərsiniz ?
InvestAZ
Written by InvestAZ

İndiyə qədər dəqiqliklə etdiyiniz təcrübələrinizi necə baxdığınız da ən az yatırım etdiyiniz vəsait qədər əhəmiyyətlidir. Gəlir gözləntiniz, yatırım müddəti və üzərinizə düşən risk səviyyəsi yatırımlarınıza istiqamət verəcək 3 ən önəmli faktorlardır. Yatırım məbləğinizdən əlavə fərdi gözləntilərinizi də ortaya qoyduqdan sonra, Sizə ən uyğun gələn investisiya portfelini formalaşdıra bilərsiniz. Aktivlərin idarə edilməsi üzrə mütəxəssislərə də müraciət etməklə, bu istiqamətdə müvafiq yardım ala bilərsiniz.

Vəsaitlərinizin hamısı ilə ticarət etməyin

Vəsaitlərinizi dəyərləndirmək istəyirsiniz və maliyyə bazarlarının dinamik olması bir çox bazar iştirakçıları kimi Sizi də cəlb edir? Hansı maliyyə alətini seçməyinizdən asılı olmayaraq ticarət edərkən vəsaitlərinizin 15%-i ilə ticarətə başlayın. Xüsusilə də yeni başlayan bazar iştirakçıları üçün bu çox ideal göstəricidir.

Özünüzə hədəf müəyyən edin

Uzun yoxsa qısa müddətdə gəlir əldə etmək istəyirsiniz? Yatırım etmək istədiyiniz maliyyə aləti, gəlir əldə etmək istədiyiniz müddəti müəyyən etməkdə Sizə yol göstərəcək. Hər bir bazar iştirakçısının arzusu qısa müddət ərzində yüksək gəlir əldə etmək olsa da, bu növ yatırımlarda risk səviyyəsinin yüksək olduğu da unudulmamalıdır. FOREX bazarındakı kredit çiyni dəstəyi, aşağı yatırım məbləği ilə daha çox gəlir əldə etmək imkanı yaratmasına baxmayaraq, risk səviyyəsi yüksək olan maliyyə alətləri üçün ən yaxşı nümunədir. Buna görə də həm maliyyə bazarının əsas xüsusiyyətlərinə hakim olmalı, həm də iqtisadi xəbərləri diqqətli bir şəkildə izləməlisiniz.

Uzun və Orta müddətli Gəlirləri Dəyərləndirin

Qısamüddətli yatırımlar ilk baxışdan hər bir bazar iştirakçısını cəlb edir. Ancaq yatırım məbləğinizə və gəlir hədəflərinizə uyğun olaraq uzun və ortamüddətli gəlir gətirən yatırımları da dəyərləndirməlisiniz. Risk səviyyəsinin daha aşağı olduğu yatırım fondları, səhmlər kimi maliyyə alətləri ilə fərqli portfel çeşidləri formalaşdıraraq yatırımlarınızın effektivliyini artıra bilərsiniz. Birja indeksli investisiya fondları (ETFs) xaric, birjadan birbaşa pay almadan əməliyyat icra edərək, investisiya fondları (FUNDs) mövzusunda akitvlərinizin idarə olunmasını peşəkar mütəxəssislərə həvalə edə bilərsiniz.

Aktivlərin idarə edilməsi mövzusunda Dəstək Alın

Sizə ən uyğun portfel strukturunu formalaşdırmaqda çətinlik çəkə bilərsiniz.Əgər hansı maliyyə aləti vasitəsilə vəsaitlərinizi dəyərləndirə bilərəm sualına cavab tapmaqda çətinlik çəkirsinizsə, vəsaitlərinizin dəyərinin qorunmasını aktivlərin idarə edilməsi üzrə mütəxəssisə həvalə etməklə, ehtimal olunan nağd pul və vaxt itgilərinin qarşısını ala bilərsiniz.

Müəllif haqqında

InvestAZ

InvestAZ

Şərh yazın