X

Xərcləriniz necə nəzarətinizdən çıxır?

Xərcləriniz necə nəzarətinizdən çıxır?

Xərcləmə vərdişlərimiz gələcək addımlarımızı müəyyən edən ən önəmli amillərdən biridir. Gündəlik həyatımızdan tutmuş, maliyyə bazarlarımızdakı strategiyalarımıza kimi hər yerdə öz təsirini göstərir. Bəzən sahib olduğumuz vərdişlər, bəzən isə istəklərimiz xərclərimizin nəzarətdən çıxmasına səbəb olur.

Diqqətimizdən yayınan kiçik xərclər və ay sonu faciəsi

Biletlər, taksi pulu, xırda alış-verişlər kimi kiçik görünən xərcləri bir yerə topladıqda böyük bir məbləğin xərcləndiyinin şahidi oluruq. Bu xərclərin daha da artmaması üçün məhz elə xırda xərclərdən başlamaq lazımdır. Gündəlik olaraq aldıqlarınıza bir daha diqqət edin və gərəksiz olanları alış-veriş siyahınızdan çıxarın.

İndi Al, Sonra Ödə

İndi aldıq, dadını çıxardıq. Bəs sonra necə olacaq? Bir çox şirkətlərin müştəri cəlb etmək üçün sloqanına çevrilən bu kəlimə əslində xərclərinizin nəzarətdən çıxmasını təmin edən amillərdən biridir. Bəzən insanlar bu gün aldığı məbləği bir neçə aydan sonra da ala biləcəyini düşünərək bu cür addımlar atırlar. Nəticədə isə insanın gəlirindən çox xərcləri yaranır ki, bu sonda lazımsız borclanmaya səbəb olur.

Nağd vəsaitdən istifadə etməmək vərdişi

Kredit kartlarından istifadə genişləndiyi gündən etibarən “kartla ödəyərəm” kəlməsi getdikcə məhşurlaşmağa başladı. Plastik kartların dövrü başladıqdan sonra insanlar bir anda üzərində nağd pul gəzdirməyi tərgitdilər. Nəticədə isə insanlar xərclədikləri vəsaitlərin hesabatını aparmağı yaddan çıxardılar. Əgər yenidən nəzarəti ələ almaq və xərclərinizi hesablamaq istəyirsinizsə, o zaman bir müddət nağd puldan istifadə edin. Əldə edəcəyiniz nəticə Sizi də təəccübləndirəcək.

Həyəcanla verilən qərarlar

Alış-verişə getdiyiniz zaman bir siyahı tutun. Həmin siyahıda Sizə lazım olan məhsulların adlarını və miqdarını qeyd edin. Belə olan halda Siz həm büdcənizə qənaət etmiş olacaqsınız həm də tez-tələsik olaraq verə biləcəyiniz qərarlardan uzaq olacaqsınız. FOREX Maliyyə bazarları məhz buna bənzəyir. Siz əvvəlcə ticarət strategiyanızı müəyyən edirsiniz, ticarət edəcəyiniz vaxtı təyin edirsiniz və daha sonra əməliyyat icra edirsiniz.

Ehtiyaclar siyahısı

Çox vaxt nəyə ehtiyacımızın olduğunun fərqində olmuruq. Biz ehtiyaclarımızın fərqinə varmadıqca, mövsümi, periodik və ya qəfildən etdiyimiz alış-verişlər sonradan bizləri yaranan maliyyə sıxıntıları ilə üzbəüz qoyur. Odur ki, hər zaman bir siyahınız olsun və orada yazdıqlarınıza sadiq qalmağa çalışın. Bir müddətdən sonra yavaş-yavaş nəzarəti bərpa etdiyinizi hiss edəcəksiniz.

Categories: Məqalələr
InvestAZ:
Related Post